15.2.21

MEKTUB

MEKTUB


 Məktub 1


Dəyərli dostlarım, bloqer səhvəmə gələn bir məktub iki gündür məni düşündürür xanıma kömək etmək istəyirəm kakin nə deyəcəyimi bilmədim. Xanimin icazəsini alıb onun məktubunu sizinlə paylaşıram. Bəlkə xanıma ağıl fikir verəsiniz.

XANIMIN YAZDIĞI MƏKTUB.

Salam ferda xanım. Çoxdandır internetdən sizin izləyicinizəm. Yazdığınız həyat hekayələri bir birindən maraqlı, bir birindən təsirlidir. Bunlar öz yerində çox uzatmayacam. Elə istəyirdim ki sizə öz həyatımı danışım, qələmə alasınız. Lakin hələ sonum nədir, hekayəni necə bağlayacağınızı bilmədiyim üçün susdum. Yazdığınız güzgü mənə bir nağıl kimi gəlirdi. Bəzən düşünürəm ki belə şey olmaz. Lakin öz həyat səhvələrim gözlərim qarşısında varaqlandıqca, deyirəm həyatdır da nə desən olar. Nəysə. Təsadüfən əlimə 10 aylıq xoşbəxtlik hekayəniz keçdi. Oxuduqca çaşıb qalmışdım. Elə bildim məni tanıyırsız və mənim həyatımı yazmısız. EYniylə nöqtəsinə vergülünə qədər mənim yaşadıqlarımdır sevincin həyatı. Prostu, sevinc xəstə idi, ruhi sarsıntılar keçırtdı. Sonunda dünyasını dəyişdi. Kaş kə mən də öləydim, qurtarardım bu əzabdan. Sevincin ta 2 ci ailəsinə qədər eyni şeyi mən də öz iş yoldaşımla yaşamışam, həm də ərim ola ola. İlk başdan ərimi qısqandırmaq istəmişdim. Mənə xəyanət edirdi, başqasınını saxlayırdı. Mənim bir oğlum vardı. Eşitdim ki, saxladığı hayasızdan ekiz uşağı olub, axtarıb evlərini tapdım. Mamamla getmişdim. Gəlini döydük. Əl çək dedim. Uşağımız var, evimizi yıxma Dedi bir birimizi sevurik. Sənin 1 mənim 2 uşağım var. Nəysə uzun sözün qısası, suyu süzülmüş gəldim evə. Mama da, bacım da bır tərəfdən doldururdu məni. Dedim yoldaşıma dağ çəkəcəm. Xəstəxanada medsestra işıləyirdim. İş yoldaşımla ( həkim ) planladığımız kiçik bir yalan, şişib, böyüyüb böyük bir sevdaya döndü. Ömür boyu, xəyanətə nifrət etmişdim.əsla ərimə xəyanət etmərəm deyirdim. Başqa kişinin 2 ci xanımı ya da məşuqəsi olmaram deyirdim. Sən saydığını say, gör fələk nə sayır. Mən onunla danışdıqca ünsiyyətdə olduqca onu sevirdim. Elə oda. Nəysə, onun da yoldaşı, mənimki də iki ildən sonra bizim əlaqələrimizdən xəbər tutdu. Böyük biyabırçılıq başladı. O da mən də bur birimizdən əl çəkmirdik. Hər şeyə razıydiq, ölümü də gözə almışdıq. Bir birimizə qoşulub qaçdıq. Əvvəl bir Müddət Mingəçevirdə sonra İranda yaşamalı olduq. Oğlum atasında qalmışdısa da hər zaman onun üçün mübarizə aparırdım. Nəysə yoldaşım məni boşadı. Alnıma da damğa vurdu. "FAHIŞƏ" hamı məni qınadı indi də qınayırlar amma əsil fahişəliyi kim etdı deyən yoxdur.
4 il onnan bir yerdə yaşadıq. 4 ildə bir dəfə evinə getmədi. Amma son zamanlar hərəkətlərindən, danışıqlarından nəsə dəyişiklik görürdüm . böyük qızı nişanlanacaqdı. Nişana getməliydi. Elə bilirdim getsə qayıtmayacaqdı. Qorxduğum başıma gəldi, getdi qayıtmadı. Bir il iki ay onu iranda gözlədim, zəng edirəm ya telefonuma cavab vermir, ya da üzümə bağlayırdı. Ən son arvadı açdı, söydü buladı, ərimdən əl çək, o birdə sənə gəlməyəcək, gözünü yığ.dedi. Elə bilirdım arvadı ondan xəbərsiz mənlə danışır. Lakin telefonda onun səsini eşıdəndə dünya başıma yıxıldı. Daha ona zəng etmədim. Başımın çarəsinə baxdım, çox çətin günlər keçırtdım. Iş axtarib tapmaq müskül məsələ idi. Diplomum yanımda deyildi orda qalmışdı. Onun bunun evinə xidmətçi gedirdim, xəstəyə baxırdım. Yad yer qohum əqraba yox. Məni vaxtında firitləyən anam, bacım onnan qaçandan sonra mənimlə danışmırdılar. Nəysə. Bir qonşu kişi var idı, həm də xəstə yaşlı idi. Mən ona baxırdım. Oğlu qızı ayrı yaşayır, ayda ildə bir dəfə gələrdilər. Bir nəvəsi var o qalır bizlə, o da unversitetdə oxuyur deyə burda babasıyla qalır. Nəysə mənə elçı düşdü. Bu farsları heç sevmirdim. Amma çox çətin vəziyyətdəydim. Neçə illərdir burda qaçaq yaşayırdım, vətənə geri dönmə şansım yox idi, hara gedəcəkdim ki. Kimə sığınacaqdım. Bu qədər illərimi itirmışdım. Sevgi deyib pərvanə tək oduna yanmışdım. Gələcəyimi düşünməmişdim. Bundan yaxşı şans olmazdı. Adı üstümdə ər olsun, qalmağa yerim olsun deyə düşünüb özümdən 35 yaş böyük bu kişiyə razılıq verdım. Neçə illər özümü qorudum uşağımız olmasın lakin gələcəyimi düşündükcə, tənhalığımı gördükcə canıma üşütmə gəlirdi. Bir uşağım olsun dedim. Çox çətinliklə evliliyimizin 10 cu ilində bir qızım oldu. Elə o olandan sonra yoldaşıb iflic oldu.
İndi aradan 12 il keçib. Bu 12 ildə bir dəfə də olsun onu unutmadım. Deyəcəksiz ki heç vicdan əzabı çəkmədin? Əlbəttə çəkdim, intihara belə sürüklədim özümü. Dəfələrlə elə o özü məni ölümün əlindən aldı. Oğlum üçün darıxırdım. Dayana bilmirdim. Sonra həyat məni vurduqca vurdu, oğlumu unutdurdu. Nəysə. İndi aradan 12 il kecib. O vaxt sadəcə vatsat vardı. İndi hər şey var. Bu hardansa mənim instamı fb səhvəmi tapıb. Durmadan, dayanmadan yazır. Yazdıqca ürəyim yerindən çıxır. O zamankı xoşbəxt günlərimizi təzədən yaşayıram. Onu unutduğumu sanirdim, lakın görürəm ki mən onu bu vaxta qədər hələ də sevirəm. Unutmamışam. Ona cavab yazmıram. Tək bir dəfə dayana bilmədim, yazdığına görüntülü cavab vermək istədim. Onsuz keçirtdiyim illərin acığını qusacaqdım üstünə , bacarmadım. Onu gördüm ürəyimin kini əridi. İkimizi də qəhərboğmuşdu. Danişa bılmədik. Peşiman olduğunu deyirdi. Onu əngəllədim. Biray sonra dayana bilmədim əngəldən çıxardım. Yenə yazır. İndiki yoldaşım tamamılə yatalaq olub, fəcdir. Nəfəs gedib gəlir. Uşaqları ilə də əlaqələrimiz kəsilib. Kişi sağ vaxtı malını mülkünü aramızda bölmüşdü. Hər kəsin hissəsin verəndən sonra uşaqları yavaş yavaş ayaqlarını bizdən kəsdı. Mənə qalanbir evi, bir də balaca bir dükanı var. Dükanı kirayə vermışəm. 5 para etməz. İşləyə bilmirəm, Ona vəiki yaşlı qızıma bağımlı qalmışam. Bu da bu tərəfdən əl çəkmir. Yazdıqca beynim qarışır. Mən nə edim, mənə bir yol göstərin, hislərimlə, duyğularımla, vicdanımla bacara bilmirəm. Qorxuram, çarəsizəm. Bu dəfə də qızımı itirəcəyimdən qorxuram. Nə zamansa qızım keçmişimi öyrənər, mənə nifrət edər. Bir tərəfdən də düşünürəm, nə qədər qızım balacadır onu tanısın ona öyrəşsın. Fikirləşməkdən beynim dumanlanıb. Ağlıma hər şey gəlir. Mənim bu həyat hekayəmə, bizim məhəbbət dastanımıza bir ad verin, bir son verin, yalvarıram.
2
Hardan başlayım bilmirəm, içimdəkileri ve yaşadıqlarımı yazsam bir roman olar. Keçmışə qayıtmaq istəmirəm, jeçmişımı cırıb atmışam. Gələcəyimə baxıram. Və sizə elə bu yaxınlarda başıma qələnləri yazıram. Bilmirəm mənə nə deyəcəksiniz. Türklər deməli məni necə yarğılayacaqsınız. Fikirlərinizə ehtiyyacım var, necə deyərlər, ağıl ağıldan üstündür.
Deməli keçən il internet üzerinden biriyle tanış oldum . Məkan adı cəkmirəm, ayri ayrı şehirlərdəydik. Mənə boşandığını ve 1 qızı olduğunu və qızı onda olduğunu dedi. Mən de boşanmış bir uşaq anasıyam, düşündüm ki, bir birimizi daha yaxşı başa düşərik. Çünki ikimiz də valıdeyinik. Onun uşağına ana, mənim uşağıma da ata lazımdır. Nəysə başladıq danışmağa, bir birimizi tanımaq istəyirdik. İkimizin də fikirimiz cidiydi. Onun hər sözünə diqqət edirdim, Sözler menim için çox vacibdir, söz ağızdan çıxar. Xasıyyətim belədir, hər kəlmədən bir söz tutanam.
Başqa şəhərdə, qulluqdadır, dövlət işində işləyir deyə sadəcə 6 aydan sonra görüşəcəyini deyirdi. Bu mənim üçün daha yaxşı idi, onunla danışaraq daha da yaxından tanıyardım. Dediyinə görə işləri məhkəmədədir, o zamana qədər onun məhkəməsi bitmiş olacaqdı. Nəysə Avqusta gəldı, gəlmədən əvvəl bir də soruşdum ki məhkəmə bitdi ya yox. Bitdi dedi. Boş kağızımı almışam. Əlimdədir. Nəysə gəldı, ilk dəfə onunka görüşdüm. Yarı yaraşığı vecimə deyildı. İnsan olsun yetər. Boş kağızını istədim, dedim ver baxım. Dili dolaşdı. dedi ki hələ məhkəmə davam edir. Hirsləndim dedim məni dolamısan? Axı dedin ki boş kağızı əlimdə. "seni itirmək ücün özüm elə dedim. ama narahat olma bu iş en kısa zamanda bitecek, proostu onlar məni süründürürlər, arvadım məndən boşanmaq istəmir" yerimdən qalxdım "mən bu zamana qədər heç kimlə görüşmədim, hələ evlı biriylə heç... əgr arvadınla bir balaca barışmaq ehtimalin varsa bu iş burda bitsin" dedem başladı yalvarıb yaxarmağa, "bundan sonra hayatımda ne o, ne de başqa qadın olmayacak, sadece sen varsan, sənin dürüstlüyünə, sənin ağlına, qüruruna vurulmuşam, inşallah məhkəmə bitən kimi təyinatımı bura dəyişəcəm. Tez bir zamanda Zaqsa gedəcəyik evleneceyik " dedi. Məni gördükdən sonra daha dayana bilməyəcəyini dedi, burdan gedən kimi yeni təyinatı üçün ərizə verəcəyinı uzağı sentyabra qədər gələcəyini dedi. Dediyinə görə məhkəmə noyabra qədər uzana bilər, o zamana qədər biz tez tez görüşüb bir birimizi tanıyarıd. Beləcə razılaşıb ayrıldıq. Getdi. Sentyabrda gəlmədi. ama həla telefonla gelecek planları devam edirdı bir ay da kecdi uje birşeyler hissetmeye başladım. Aldadıldığımı hiss edirdim. Dediyi heç bir şey əməliylə uyğun gəlmirdi. Mən onun özünə də deyirdim ki məni aldadırsan. And aman edirdi, hayatındaki tek qadın mən olduğunu söyləyirrdi.
Beləcə 3 ay da keçdı. Daha onunla danışmaq istəmirdim. Əngəlləmişdim. O isə başqa nömrələrdən dayanmadan yazır, ona inanmağımı istəyirdi, nəysə getdikcə yazışmalar və zənglər azaldı, axırda tamamılə kəsdı. Belə yalvaran, könlümü ələ almaq istəyən birinin birdən birə yoxa çıxması məni əməlli başlı çaşdırmışdı , novu qod gün hardansa peyda oldu. Bu zamana qədər məhkəmələrlə uğraşdığını dedı. dedi ki yanvarın 24 də son məhkəməsidir artık bizim için hiçbir engel olmayacaq. Bu yeni il bizim olımız olacak
Bu dəfə dediyi söz yalan olmadı. Həmin tarıxdə boşandı, şəhadətnaməsini çəkib mənə göndərdi. 14 fefralda gəldi. Qarşıma aldım ve bu 3 ayda nə çəkdiyimi ona dedım. hislerimin məni aldatmadığını, ürəyimə gələnin başıma gəldiyini ona dedim.
100 faiz sənin həyatında biri var dedim. Güldü and aman ekədi. Dedi elə şey olsa bu günkü gün həyatımda olan qadının yanıda olaram, o boyda yolu niyə basıb bura gəlirəm. Bu dəfə də könlümü almağı bacarmışdı. Burda1 həftəyə qədər qaldı hər gün görüşürdük, işdən mənı gəlib alır şəhərdə gəzirdik, yeməyə çıxırdıq artıq maneəmiz yox idi. Anama hər şeyi danışdım, mamam da papama dedi. Papam dedı madəm bir birinizə könül vermisiz, cağır gəlsin bir də biz görüşək görək kimdir nəçidir.
Cox xoşbəxt idik. Aramızda heç bir maneə yox idi. Hətta 8 martda zaksı belə planlamışdıq. İşdən çıxanda dedım gedək bizə papa səni görmək istəyir yaxşı dedı amma üst başım pısdır ilk görüşdən ailənin qarşısına belə çıxmaq istəmirəm, gedək paltarımı dəyişim. Getdik, bu hamama girib üzün başın qırxdı yuyundu. İçəri dağınıq idi mən də içərini yığışdırdım paltarların qatlayıb çamadanına qoyanda dünya başıma çökdü, içinde bir hediye kutusu, bir qadınla sarmaş dolaş şəkili vardı. Rəngim bəm bəyaz oldu. Kim olduğunu Sorduğum da keçmış arvadı olduğunu deyib ötüşdürdü. . İnanmadlm, özümü inanmış kimi göstərib bizə gəldik. Nəysə papagıl bunu xoş qarşıladı, oyan bu yan. İki gündən sonra bu getdi.
Buradan gittikden sonra məndən soyduğunu hiss edirdim, gündə 4 5 dəfə zəng edən adam, 3 gün 4 günlə zəng edib, yazmırdı. Boş oturmadlm. Mənə göndərdiyi Boş kağızında arvadının ad soyadı yazılmışdı dedım bəlkə bu qadının sosial hesabı ola. Bunu internetdən axtarışa verdim, bir sürü qadın çıxdı həmin adda ərinmədim bir bir hamısına belə bir adamı tanıyıb tanımadığını yazdım. Biri cavab yazdı ki, onu əzrayıl tanısın bildim ki bu bunun arvadıdır. Nəysə danışdıq. Danışmaz olaydım. Qadının danışdıqlarından elə bil başıma qaynar sular tökdülər. Demıyəsən bu heç bunun öz arvadı zadı deyilmiş. Bekarçılıqdan oturub arvadının ad soyadın yazıb, qarşısına çıxan bu adda soyadda olan həmin bu xanımla məndən 1 ay əvvəl tanış olub. Necə ki məni yoldan çıxarıb başdan edıb, bunu da elə yoldan çıxarıb inandırıb. Bunlar neçə aydır gizlincə görüşürlərmiş. Üstəlik qadın evli ve iki uşaqlı. Şok olmuşdum, mən boşanmış ola ola, ərim olmaya olmaya heç bir kişini yaxınıma buraxmıram, camaatın arvadlarındakı fərasətə bax . Qurd ürəyi yeyib
Ailəmə nə deyəcəyimi bilmirdim. Ailəm mənə çox güvənirdi əsla yanlış qərar verməyəcəyimi bilirdilər. İndi ailəmə səhv etdiyimi desəydim mənə olan güvənlərini qıracaqdım. Dəhşət stres keçırtdim, dərdimi heç kimə deyə bilmirdim. İş o yerə qaldı ki depresiyaya düşdüm, xəstəxanalıq oldum. 2 ay sonra yene aradı, görüşmek istedi ve üzür istədi . Mən uzaqda olduğum üçün nəfisinə yıyə çıxa bilmədiyini dedi, boynuna aldı o qadınla görüşdüyünü bu bir həvəs idi, keçdi dedı. Yenə yalvardı yaxardı ki məni itirmək istəmir, mən onun evlənmək istədiyi yeganə qadınam. Yenə şirin dilıylə məni başdan çıxartdı. Mayda yenə gəldi. Görüşdük ona son şans verdim bax, mən buraya sadece danışmağa geldim sana 2 dəfə dürüst olma şansı verdim, olmadın, indi tekrar soruşuram. Həyatında bırı varmı? Kışi kımı dik dur karşımda ve gerçekleri de dedim. And aman etdi
Qabul ettim ama inanmadım çünkü başka kadınların olduğu hissi de devam edirdi. Artıq ona olan guvənimi itirmişəm, bilirəm ki, bir gün yenə yalanını ortaya çıxaracam. .
Danışmamız davam edir yenə şirin yalanlarla evlənmə məsələsinin üstündən keçır. Guya borcu varmış, aliment verəcəkmiş.. miş miş dəə...
Ama əsıl bomba indı partladı. İlk dəfə idi ki ona gecə yarı zəng etdım, və teletona bir qız cavab verdi. Arvadıyam deyəndə dəliyə döndüm. Amma cəbrimi basdım . Dedım görüm bu qız nə deyəcək, bu adam haqqında hansı bilmədiklərimi deyəcək mənə? Deməyəsən bu elə öz arvadıymış boşanıb boşanmasına, bu xalası qızı imiş, anası gıl boşanmaqlarına baxmayaraq bunları barışdırıb. Qızı evinə gətirib. Nəysə nə başınızı ağrıdım ikinci depresiyamı yaşadım, indi bu dəqiqə bunları sizə xəstəxanadan yazıram, ailəmin üzünə baxmağa utanıram, anam məni nə qədər təsəli etsə də özümə gələ bilmırəm. Mən oyaq olanda papamın və qardaşımın yanıma gəlməsini istəmirəm. Utanıram onlardan. Amma özümdən keçəndə papam gizlıncə içəri giribmış. Daha çətin özümə gələm mənə təsir edən bilirsiz nədir, bu boyda zırıltıdan sonra utanmaz utanmaz yanıma gəlib, məni sevdiyini deməsidir, bütün bunları məni itirməmək üçün məndən gizlətməsidır. Mənə deyir qaçaq bir başa gedək zaksa. Siz deyin bu yalançıdan mənə ər olar? Mən bundan sonrakı həyatımı ona necə etibar edərəm əziz xanımlar, əziz qızlar, sızdən bir ricam var, bir insanı tanımadan ona güvənməyin, bağlanmayın. Ürəyinizə bir şey gəlibsə, ona inanın, ürək insanı heç vaxt aldatmaz. Mənim ürəyimə gəlmişdi ki o məni aldadır, lakin... Sevdiyini deyir, ailəsinin təkidiylə arvadıyla barışdığını deyir, sizcə sevgı hər şeydir? Özüm də sevirəm, onu nə gizlədim. Lənət olsun, onu heç vaxt unutmayacam. Bəzən yenə ağlım ona gedir, yenə ona aldanmaq istəyirəm, hisslərimlə, ağlım arasında qalmışam, nə edim bilmirəm.
3
1 baçı bir qardaş olmuşuq. Bacım məndən 4 yaş balacadır. Uşaqlıqdan anam atam onu ərköyün eləmişdi. Sən böyüksən, o balaca tənbehi beynimə bir qanun kimi yeridilmişdi. Elə bil ki, mən onun qardaşı deyildim, o nə istəyir alar verərdilər. Mən bir dondurna istəsəm bir dənə bacıma alardılar ki, pul yoxdur, alın ikiniz də yeyin. Qalirdım onun əlindəki maroğnanı yalvara- yalvara, yalaya yalaya...
Bacım 9 sinifdə oxuyanda elciləri düzüldü. Uçilişdə oxuyurdum, o zaman. Mamagil məni 9 dan çıxartmışdılar ki, oğlan fəhləlik də eləsə pulun qazanar. Əsas bacındır, qoy onu hazırliğa qoyaq oxusun. ikiniz də instututda oxusaz gücümüz catmayacaq. Ailəmın belə ayrı seçkilik salmağı məni qırırdı. Biruzə vermirdim.
Nəysə mən əsgərliyə gedən ili bacım Futralogiya unversitetinin beynalxalq əlaqələr faklutəsinə qəbul oldu. Mamagilə dedim ki qonaqlıq elıyək əsgər gedirəm dostlarım gəlsin. Yox ,dedilər bacın unversitetə girib, həm də özəl məktəbdir, pulumuz yoxdur, get gələndə qonaqliq edərik.
Əsgərliyimi Murovda keçirtdim. Erməniylə üz bə üz, hər an ölüm xəbərim gələ bilərdi. Qonaqlıq arzum ürəyimdə qalardı. Bacın oxuyur, bacının zacotudur, bacının imtahanıdır, bacına palto alırıq, məktəbə pul keçiririk, bacının əyni başı yoxdur deyə deyə yanıma kimsə gəlmədi. Xərçlık də vermədilər. Bayramdan bayrama evdə bişənlərdən zənbil tutub gələrdilər, cox vaxt cibimə xərclik qoymazdılar. Bacım unversitete girən kimi bir müəllimiylə adı çıxdı. Ozündən 18 yaş böyük. Telefonda dostlarımla danışanda onlar mənə dedilər. Əsgərlikdən qaçıb evə gəldim. Bacıma söz deyənin ağzın cıraram dedim. Təssüf ki, deyilən soz yalan deyilmış. Elə mən evə gələndə təsadüfən həmin kişi də bacımı maşından düşürürdü. Davamız düşdü. Nəysə polis molis töküldü. Məni tutub hərbi məhkəməyə verdilər. Nə başınızı ağrıdım. Anam ağladı sızladı, neynim ay bala, bacın qızıb, heç kimi saya salmır dedi. Məni tutdular. Qurtarmaq üçün böyük məbləğdə pul istədilər. Mamagıl deyilən məbləğin yarısını tapıb verdilər. İşimi 6 aya saldılar. Amma bu kişi məndən yaman yanıxlıymış...
Məhəllədə adı çıxan bacım ona sahib çıxmasa özünü öldürəcəyini deyir sevgilisinə. Hələ 1 ci kursda oxuyur. Camaatın arvadı var, (uşağı yoxdur) Nəysə kişi naləc qalib arvadının da razılığını alıb elə arvadını bizə elci göndərir. Deyir ki uşağı olmadığına görə ərinin evlənməsini istəyir, amma bu şərtləərindən boşanmayacaq, iri onların ikisini də saxlayacaq, buna imkanları da var. Amma bu şərtlə ki, uşağı olmasa ayrılacaqlar. Mamagil daş atıb başın tutur. Bu dəfə də bacımın ərköyünlüyü tutur, anamgilə qoşulub qacacağını, unversiteti buraxacağını deyir. Mama dəliyə dönür, oapa - o boyda kişi diz çöküb yalvarırkı, a bala tök daşı ətəyindən. Sənə bu ədər zəhmət çəkmişik, qarnımızdan, boğazımızdan kəsib sənənxərc qoyuruq ki oxuyasan...
Kim idi onları eşidən, mən içəridə bacımı bu kişiyə nişanlayirlar. Böyük dəbdəbəli nişan edirlər. Maraqlıdır kişinin bütün qohum əqrabaları, hətta arvadı da nişana gəlmişdi. Qonşulara subaydir, arvadından boşanıb demişdilər. Hamı bacıma bəxtəvərçılık verirdi ki, Bəxtəvər dekan oğlana ərə gedir.
Bacım nişanlananda hamiləymiş, oncun belə əl ayağa düşmüşdülər, mənə də xəbər verməmişdilər. Onun hamilə qalmasından hamı xəbər tutub, bir mən yox.
Türmədən çıxıb, təkrar əsgərliyə getdim, bir müddət sonra evimizə gələndə bacımın qarnının şişdiyini gördum, dəli olmuşdum. Nə desəm, nə etsəm bi fayda...
Kişi ailənin bir üzvü kimi yerləşib bizim evə, papa da buna razılaşıb, evdəkilərlə dalaşdım ki bu nə hoqqadır. Dedilər kiri, bir işdir olub, oyan buyan eləsək kişi geder, bacın qarnı burnunda qalar ortada. İt də olsa qurd da olsa bacının sahibidir. Bəs toy dedim? Ay rəhmətliyin oglu bu gün sabah doğacaq nə toy?
Əsgərliyimi bitirdim evə gəldim, bir qızı olmuşdu. Hələ de bizim evdəydilər. Yığdım hamını, dedim ərə gedib yaxşı edib, getsin otursun ərinin evində, mən gəlmişəm, mən yeznəylə bir evin altinda qala bilmərəm, bu gün sabah evlənsəm necə olacaq. Bacım daş atıb başın tutdu ki, mən gedib günüylə bir evdə qalacam? Mən də bu evin qızıyam, bu evdə mənim də haqqım var, heç yana getmirəm, xoşun gəlmir hara gedirsən get...
Nəysə məcbur qalıb mən evdən çıxdım, iş tapıb işlədim. İş yerimin yaxınlığındakı evlərdən birində bir qız yaşayırdı. Çox gözəl idi. Ebru Gündeşə oxşayirdı. Vurulmuşdum bu qıza. Bacım kimi sırtıq deyildim ürəyimi ona açım. Gizlı gizli arxasınca düşürdüm, güdüm güdüm güdürdüm, hətta heyranlarıyla da razborkaya çıxmışdım dəfələrlə. Demiyəsən bir iş yoldaşım, həm də dostum olan oğlan bunu sevirmiş. Mənim də xəbərim yox, qızında. Amma bu qızla oğlan elə məktəbdən dosturlar, bir sinifdə oxuyublar. Məktəbi qurtarandan sonra dost kimi, qonşu kimi görüşürmüşlər. Bir gün dostum qaldığım evə gələndə gördü ki, otağın bütün hər tərəfi Ebru Gündeşın şəkilləriylə doludur. Dedi bu nədir, dedim belə belə, sevdiyim qız Ebru Gündəşin kopyasıdır. Bu məsələnin nə yerdə olduğunu başa düşər, gedər qızın yanına ürəyini açar, qız da bunu qəti sürətdə rədd edər, deməyəsən elə o da məni gizlincə sevərmiş. Oğlan qızın etirazına baxmayaraq, xalasını qızın anasına yollar kı, bəs elçi gəlirik, ana da razı olar ki qucağımızda, məhəlləmizdə böyümüş uşaqdır, bundan yaxşısına mı qız verəcəyik, tanıyırıq bilirik.
Həmin günü axşam işdən çıxıb marketə girdim, aynoyun alıb çıxanda qızı qarşımda gördüm. inanırsız ilk dəfəydi ki, onnan üz üzə gəlirdim, gözlərinin içinə baxırdım. Ürəyim az qaldı yerindən çıxdı. Mənim Ebrum məndən cəsarətli çıxdı, dedi dostun səni çağırır astanovkaya gəl. Nə dost, dost çağırırsa bu niyə mənə deyir, bu hardan bilir? Yerimdə donub qalmışdım. O isə mənə baxa baxa dayanacağa gedirdi. Tez geri donub biraz sinikers, mars, saqqız zad alıb qızın dalınca götürüldüm. Allahından dayanacaqda heç kim yox idi. Məni görər görməz, məni sevirsən?deyə soruşdu. Söz ağzımsan su kimi süzdü. Həm də çox... - dedim. O zaman elçını göndər dedi, geciksən bəxtinnən küs məni başqasına verirlər. Deyib getdi. Evə gəlib torbaları yerə qoyanda gördüm ki, ona aldığım şakaladları unutmuşam.
Dəliyə dönmüşdüm, mənim sevdiyim qızı kim əlimdən ala bilər ki? Həm də bir qız özü məndən elçı istəyə, onu zorla başqasına verməkmi olar, qan düşər?!
Evimizə gəldim, vəziyyəti mamaya danışdım, dedim papayla danış elçi gedin. Dedi başın xarabdır? Nə evlənməsi, evlılık oyuncaqdır? Elə bilirsən toy rləmək asandlr, dapa dup çaldı vəssalam? Bunun qırı qızılı var, əyni başı var. Əlimizdə, ovcumuzda pul yox, para yox. Nəylə evlənirsən uşaq oxuduram. Dedim nə uşaq? Uşağın uşağı var, əri var, getsin oxutsun. Elə bunu dediyim idi bacım xoruz kimi atıldı üstümə, qırğınımız qalxdı nə qalxdı. Dedi mən unversiteti bitirmədən toy moy ağlından keçırtmə. Mən ərimlə müqavilə bağlamamışam ki, mənim məktəb xərclərimi sən verəsən. Qeyrətli qardaşsan, gərək sən gətirib cibimə pul qoyasan, bacını yeznəyə möhtac etməyəsən.əlinə baxdirmayasan. Camaat (ərini deyir) bir maaşla iki ailə saxlayir. Hələ anasına bacısına da pul yollayır. İndi dursun mənim məktəbimə də pul versin? ... milyon az pul deyil ee (o zaman şirvan vaxtıydı, böyük pul idi bu məbləğ) dedim elçı getmirsiz, gedirəm qaçıram. Nəysə dedim etdim, gedib qızı götürüb qacdım. Ailəsi polislə falan gəldilər dedim öldü var, döndü yox. Nəysə papa banka girdi mənə toy elədi. Sağdışım həmin dostum idi. Mən bunun sevgilimə qarşı xayın niyyətli olduğunu bilmirdim deyə dost kimi sağdış onu seçmişdim. Yazıq gəlinin günü qara oldu toyda, dava düşər deyə çox qorxurdu. Rəngi qaçmışdı. Mən avam da, nə bilim nə var nə yox. Ama toyda dostumun arada baxışlarıyla, mən oynamağa qalxanda qıza yaxınlaşıb nəsə deməsindən işimə şübhə düşmüşdü. Deyirdim yəqin içib qatıqlayır, fikir vermədim. Nəysə toydan sonravıdıyo kasetə baxanda xanım mənə demişdi belə belə. Dayana bilməmişdim. İşdə onu şil küt eləmişdim və ordan da birdəfəmlik çıxmışdım işdən.
Bankı mən ödəməliydim. Amma necə, həm kira, həm ailə, həm bank, bir tərəfdən də iş tapa bilmirdim. Çətin olacaqdı. Məcbur olub kiranı boşaltdım, gəldim evimizə. Bacımla yoldaşım elə bil can bir qəlb bir bacıydılar, o qədər mehriban idilər ki, həm də mama özü də, bu məni sevindirirdi. Həmişə eşidirdimki gəlinlərlə qaynanalar, baldızlar yola getmır, pıs olurdum. Deyirdim indi mənimdə ailəmdə belə problemlər olacaq.Qalacam arvadla, ana bacı arasında.
O qədər mehriban idilər ki, toya məclisə gedəndə ikisi cüt paltar tıkdırırdılər, salonda saçlarını da eyni edirdilər. Bütün qonum qonuşu bunlara bəxtəvərçilik verirdi. Hər şey yaxşı idi. Di gəl ki, bacım mənlə yola getmirdi ki, getmirdi. Məni görəndə elə bir qutuda ilan görürdü. Mən yenə hər zamanki kimi böyüklüyümü gözləyib bacımı yola verirdim.
Beləcə didişə didişə illərimiz keçdi. Onun 5 mənim bir uşağım oldu. Uşağı olduqca əri onu daha çox sevirdi, ona daha çox xərclik verirdi, daha çox pul xərcləyirdi. Axı əri onunla uşaq üçün evlənmişdi, inkubator kimi doğub tökməliydi.
B u arada yeznəmin arvadı avtomobil qəzasında öldü. Bacımın nigahını öz üzərinə aldı. Bacım unversiteti bitirmişdi işləmədi, başı uşaqlarına qarışdı. Bu arada mən dirəşdim ki, günün ölüb, ərinin də nigahlı arvadısan, yığışın gedin evinizə, getdi lakin 3 aydan sonra qayıtdi gəldi ki, mən oralara alışa bilmirəm, ev remontsuzdu, nə bilim qonşular bielədir, heylədir...
Dedi mən burda qalıram. Deməyəsən planları varmış 5 uşaq var axı...
Ərinin evin kiraya verib özləri təkrar bizə yığışdı . Düşünün böyük bir ailə, bir yerə yığışmış, uşaqlar bir birinə qarışıb, qonaqlı qaralı ev, atam fəhlə adam, anam sabah gedir, gecə gəlir, şadlıq evində işləyirdi. Borc xirtləkdən, bacımın ərı arvadına pul verir, arvad evə yüngülvarı yemək içmək alar, qalanın qızıla, paltara verər, çox zaman evə bir şey almazdılar, uşaqların götürüb gedər gündə bir restorana, daha mənim xanımımla dəst geyinmirdi, hec xanımı bəyənib yanına salıb bir yerə aparmırdı da. Özünün artıqlarını verirdi ona. Nə işimə qalıb gəlin baldız özləri bilər deyirdim. Di gəlki yoldaşım bundan daralırdı, neçə olur onun əri ona belə edir, sən mənə heç nə etmirsən. Qadan alım necə edim, evin bu qədər xərci borcu mənim üzərimdə, papanin da borcu var catdıra bılırəmmi? Xoşbəxt ailəmiz yüksəklər arzusuyla dağılırdı. Yoldaşım deyirdi gəldiyim gündən bacının uşaqlarının köləsi olmuşam, bütün günü özü yatır, evi mən yığışdırıram, erinin evə gəlməyindən də xəbəri olmur, ərinin çayın çörəyin də mən vermişəm, əri səni hara göndərib qaçmısan. Sən ərinin, mən də onun nökəri olmuşuq, bəs deyil? Oz evlərini verib kiraya, mənimkini tutub yarıya. Əri səndən, özü məndən istifadə edirlər, o qəfər bıcdılər ki, evimizdən belə istifadə edirlər. Onlar otursun burda pullarını yığsınlar, uşaqlarına bir gün ağlasınlar, biz də onların ayaqlarının altında çul olaq? Nə zamana qədər belə mal kimi onlar nə deyir edəcəyik, onların nazlarıyla oynayacağıq. Bir günlük deyil, iki günlük deyil, sabah sənin balan böyüyəndə verəcəklər balana bir ev? Ya arxasında dayanacaqlar. Birdən ölərəm, o günü görmərəm, amma sən sağ dalarsan, görərsən. Onlar heç vaxt balanın arxanda dayanmayacaqlar. Çünki heç sənnən yola getmir, qaldı ki sənin uşağın ola...
Haqlıydı, nə deyim...
- Yalan deyirəm? İndi onların pulu var deyə biz onlara yaltaqlanmalıyıq? Nədi, biz onlardan asılıyıq, ya onlar bizdən? Onlar bizim evimizdə oturub ee, biz onların yox. Uşağımız böyüyüb, nə zamana qədər aramızda yatacaq, çıxıb getsinlər evlərinə, biz də balamıza bir gün ağlayaq, ikinci uşağım olsun istəyirəm, ama harda saxlayacam onu, qaraçı köçü kimi hamımız bir otaqda yatacağıq? Maman gil zalda yatır, otağın ikisini də bacın zanıt edib, otağın birində uşaqları yatır, birində də özləri kef edir. Biz də qısıla qısıla burda...
Öz otağımızda ər arvad danışdıqlarımızı bacım eşıtdi. Ağzın açıb gözünü yumdu. Yoldaşıma qayıdasan ki, bizi qısqanırsan, ərimlə yatıram, qalxıram partlayırsan? Az sən deyilsən mənə yuxu dərmanı verib yatırdan, ərimi evə çağırıb onunla oynaşan? Elə bilirsən xəbərim yoxdur? Niyə imenni mən yuxuya gedənən sonrə ərim gəlib səndən çay çörək idtəyir ki? Gəlirsə mənim niyə xəbərim olmur, niyə məni durquzmur? Özündən düz adamsan niyə demirsən arvadına de çayını çörəyini versin?
Dəliyə dönmüşdüm, arvadıma atdığı böhtanlara görə bacımı döyürdüm . Qonşular səsə tökülüb gəlmişdi. Xanımım da dil altda qalmadı ki, sən deyilsən, xalxın arvadı ola ola özünü camaata sırıyıb camaatın yuvasını dağıdan? Nə edərsən bircə bircə çıxar qarşına özünü yüksək dağlar sanırsan, səndən də yüksəyi var. Ay külbaş oturmusan burda ərindən xəbərin yoxdur ee, ərin səni yuxuda qoyub, şəhərdəki evinə arvad aparır. Kirayə zada ev verməyib, evində qızla görüşür..
- Səni aparıb da, səndən başqa heç kim olmayıb, gözlərimlə görmüşəm...
Qiyamət qopdu, Qalmışdım ikisının arasında nə bacımı, arvadımın ayağına vermək istəmirdim, nə arvadı bacımın. İkisini də yumuruğumun altına salmışdım.
Daha pərdə aradan qalxmışdı, bir yerdə yaşamağımız mümkün deyildi.
Anamgillə danışdım, dedim bu işə əncam çəksinlər. Ərköyün bacım bu dəfə də dediyini etdi. Evinizi satın mən alıram. Pulunu bölək. Öz payıma düşən pulu çıxacam evinizi satın gedin başqa yerə. Mən burdan çıxan deyıləm. Nə danışır bu, mən evi satacam bacıma? Nəysə iki il də elə bu höcətdəşməylə oturduq. İkimiz də inada güşmüşdük. Daha böyüklüyümü gözləmirdim. Mən bacıma böyüklüyümü gpstərə göstərə o başıma çıxırdı.
Anamgil qalmışdı aramızda. Ev anamın adınaydı deyə hətta bacım anamı məhkəməyə verib, ondan hissə tələb edirdi. Ana deyirdi ay bala mən sənə evimdən pay verməmişəmmi. Razılaş, evi sataq, sənin də, qardaşının da pulunu verim, gedin əl çəkin bu davadan. Biz ər arvad başımızın çarəsinə baxarıq. Qanın qaşığa qoymuşdu, mən bu evdən çıxmayacam. Satırsınızsa mən alıram evi. Nə fərqi var, ya başqası aldı, ya mən, müştəriyəm də mən də...
Borc içərisindəydik, üçümüz maaşımızı toplasaq onun hissəsinin pulunu toplayıb verə bilmirdik. Heç pula da sahib çıxmırdı. Deyirdi evi satmırsız? Mən alıram...
Yazıq anam. Məhkəmədən gəlib evdə paralıc keçirtdi, 28 gün xəstəxanada yatdı, anamın müalicəsi üçün banka düşdüm. Ümüd, bəlkə sağalar... Sağalmadı, 28 ci günün tamamında anam dünyasını dəyişdı. Əlinə fürsət düşmüşdü, bizi evımızdən perik salmağı qarşısına qoymuşdu. Hamiya yaydı doldurdu ki, guya anam gəliniylə yeznəsini yataq otağında tutub... Hətta camaatı inandirmaq üçün bütün qonum qonuşunu, qohumları topladı, əlini ərinin yanında Qurana basdı ki, bu quran haqqı ərimlə gəlin hamamda olanda görmüşəm dəfələrlə, biabır olmamaq üçün səsimi çıxartmamışam. Şəhərdəki evimizdə də dəfələrlə görüşüblər. Bir vaxtlar bacımın adına söz çıxardan qonum qonuşu, arvadımla bacımın mehribançılığını gözü götürməyən qohumlarım da arvadımın üzünə durdu. Kimi dedi filan yerdə görmüşük, kimi dedi yolda maşınına mindi, kimi dedi avtobusdan filan yerdə düşüb, filan yerdə görüşdülər... Yoldaşım da mən də əlimiz üzümüzdə qalmışdı. Yoldaşım namaz qılandır, elə bacım da. Quranı götürdü, and içdi ağlaya ağlaya dedi ki, bütün bu deyilənlər hamısı iftiradır, yuvamızı dağıdıb, evimizə sahiblənmək üçün belə iftiralaratır, mənə. Gedərəm, buralardan, amma bu adla yox, qoy onun da əri and içsin.
Quranı qoydu yeznəmin qarşısına ki, and iç ki, bizə iftira atılır. And içmədi. Dedi Quranın iki başı var, 5 balam var , dönər onları tutar, onların ziyanın görmək istəmirəm...
Onun and içməməsi, yoldaşımı duruya çıxarmaması, dedi qoduya səbəb olmuşdu. Camaat içınə çıxa bilmirdim, amma onlar hamının yanında başı dik gəzirdı. Yeznəm evdən getmişdi, arvadım da. Bu dəfə də söz gəzdi ki, ikisi də qoşulub qaçıb. Nə edəcəyimi bilmirdim. Hər şeyı buraxıb getmək istəyirdim. Amma hara? Borcun içindəydim. Xarıcə çıxa bilməzdim, kirayə olmazdı. Papaya dedim evi sataq. Bacım yenə razı olmur. Ev mamanın adına olduğundan hamımız evə varıs idik, bir birimizin icazəsi olmadan evi sata bilməzdik. Özü evi almaq istəsə də evə elə qiymət deyirdi ki, bu pulla torpaq alıb ancaq 1 otaq tikə bilərik. Axı ev tikəcək vəziyyətdə deyildik ki...
3 ay sonra qohum əqraba qonum qonuşu yığışıb onun ərinə minnətə getdilər ki, 5 uşaq qalıb ortada, gəl uşaqlarına sahib dur. Heç mənim arvadımın adını çəkən yox idi. Çünki pulum yox idi, arvadımın adı yeznəmlə çıxmışdı, Marka yapışmışdı alnına. Amma yeznəm kişi idi, kişiyə marka yapışmazdı, kişi gəzər, lap baldığıyla da qayını arvadıyla da ona ləkə yapışmazdı. Axı kişi idi... Həmdə "kişi" kimi kişi idi altında maşını, 28 də evi, özü professor, cibində paçkayka pulu... Hamının unversitet işi ondan keçir, kim belə qonşunu və ya qohumu əlindən çıxardar ki...
Bacıma dedim bu sözü sən çıxartdın, özün də yığışdır. Nə olub keçib, mən də qəbul edirəm. Arvadımı boşayıram. Sən də boşan, mənim arvadım q..dirsə, sənin də ərin oğraşdı. Ömrümün sonuna qədər sənin uşaqlarına baxacam, oxudacam, nə desən edəcəm, bu ləkəni gotürək üstümüzdən. Yaxşı dedi, mən də boşanıram dedi.
Bərabər getdik məhkəməyə, ərizə yazdıq. Onunla mənim məhkəməm arasında 3 gün ara var idı. İlk bizim məhkəməmiz oldu. Yoldaşım mənə demişdi sənə oyun oynayır, oyuna gəlmə, o boşanmayacaq, dedim bu biyabırçılıqdan sonra səni saxlaya bilmərəm. Nə də o əriylə barışmaz. Yalvardı mənə yuvamızı bacın yıxır, vallah, billah, mən sənə xəyanət etməmişəm. Onun yalvarırlarına və göz yaşlarına baxmadım, boşadım. Məhkəmədən çixıb işə getdim axşam gəldim ki, yeznəm evdədir, dedim, bu nə oyundur, biz nə danışmışdıq? Dedi qardaş incimə oturub fikirləşdim. Sənin 1 uşağın var, mənim 5. Allah razı olsun bu 3 ayda ərım məni ehtiyyacda qoymadı, ərimdən başqa heç kim gətirib uçaqlarımın əlinə 1 manat vermədi, evimə 1 kilo qənd almadı. Deyırsən ki mən sənin uşaqlarına baxacam. Sən əyninə bir şalvar ala bilmirsən, mənim uşaqlarıma nətər baxasan. Mən ayda mın manat xərcləyirəm, sən hər ay mənə min manat verə biləsən?
Beynim çöndü. Mətbəxfən bıçağı götürüb cumdum buna. Qoşular araya girdi. Evdə salamat bir şey qalmadı. İkisini də öldürəcəkdim. And içdim sizi yaşatmayacam.
Mən boşandım ama onlar boşanmadı. Başımı alıb evdən getdim. Üzüm yox idi, ailəmə dönüm, küçələrdə, dostlarımın iş yerlərində qalirdim. Dostlarımın cibimə qoyduğu xərcliklə dönərxanaların qarşısında dönərlə qarnımı doyuzdururdum. Həyata küsmüşdüm, işə girirdim, işləyə bilmirdim, tüfeyilli həyat sürürdüm. Saç saqqal uzanmış, günlərlə canıma su dəymirdi. Allahından içməyim yox idi. Siqaretim sönmürdü hec, siqaret almağa pulum olmayanda küçəyə çıxıb siqaret dilənirdim.
Papam yalvardı yaxardı gəl evə, dedim gəlsəm onları öldürəcəm. Çıxıb getsinlər evdən. Papa, əmilərim nə qədər edirdi getmirlər. İşimi də itirmişdim. 3 aydır bankın borcunu da verə bilmirdim, axtarırlar məni.
Bir gün gördüm ki, polislər töküldü. Elə bildim bankdan şikayyət ediblər. Aparıb məni nəzarətə saldılar. 2 gün sonra məhkəməyə çıxartdılar. Guya bacımı parkda öldürəcəkmişəm. Bir qadın araya girib bacımı əlimdən alıb. Qadın kimdir bilmirəm, tanımıram, şıpır üzümə dirəşıb, bacıma şahitlik edir. Sonradan yoldaşım araşdırıb xəbər tutub ki həmin qadın şərəfini, heysiyyatını 500 manata bacıma satıb. Bacım onu pulla şahid kimi tutub məhkəməyə gətirib.
3,6 ay iş verdilər, tutdular məni. O türmədə ortalığı qızışdıran, qə.. ni boşa deyən nə qohumlarım, nə qonşularım arxamca gəlmədi. Bir siqaret gətirənim belə olmadı. Yenə qurban olduğum, gözlərinə vurulduğum gəncliyimin pak sevgisi ömrümün varlığı, həyatımın yoldaşı... Özümü ona necə bağışladacam bilmirəm. Bir o anasının əmisiylə hər həftə arxamca gəlirdi. Üzünə baxa bilmirdım, yer yarılırdı, yerə girirdim. Kisəylə kartof, soğan bloklarla siqaretimi, cibimə xərçliyimi ... 1.5 aydan sonra əmisi bütün qohum əqrabalarından pul topladı, məni amınıstə saldirdı. Çıxdım. Gedəcək yerim yox idi, türmədən çıxanda Əmisi gəlmişdi arxamca, gəl, ailəni yığ bir yerə, ağlınızı da yıgın başınnıza , nə var nə yox, qatlayın qoyun palazın altına, tövbə deyin...
Xəcalətimdən ölürdüm, onun qarşısına necə çıxacaqdım, ondan hansı üzlə üzür istəyəcəkdim...
Əmi rayondaki torpaq sahəsindən bizə pay verdi. Məni şirkətlərin biriylə danışıb işə qoydu. Asfalt çəkirik. Yoldaşım texnoloji bir bayidə internet üzərindən satışla məşğuldur. İki balaca otaq tikmişik, içinə yığışmışıq, qazancımız bir yerdədir, yuvamızı bir yerə toplamışam. Bizi tanımayan qonuşuların yanında xoşbəxt gorünməyə çalışırıq, ama içimiz buruqdur. Bəlkə o hər şeyi unudub, bəlkənunutmuş kimi görsənir, amma mən elə bilirəm ki, o heç nəyi unutmayıb, elə bilirəm ki, hər üzümə baxanda ona güvənmədiyim üçün məni qınayır. Vicdanım məni rahat buraxmır, partlama dərəcəsinə gəlmişəm. Özümü bağışlaya bilmirəm, bilmirəm, bilmirəm...
4

NƏRİMAN MÜƏLLİM “MİXAYLO” KƏNDƏDİR... YAZIR.

Orta məktəbin 5-ci sinfində oxuyarkən görüb sevmişdim onu. Sonra Bakıya gəldim, Tibb institundan konkursa düşdüm. Bakıda işlədim, amma, vaxtaşırı kəndə gəlib uzaqdan-uzağa onu görər, qayıdardım. Artıq həmyaşıdlarım bunu bilirdi və mən hər kəndə gələndə biri-birinə deyərdilər: “Mixaylo” kənddədir.

Hərbi xidmətim Uzaq Şərqdə, Xabarovsk vilayətinin Obluçye şəhərində keçdi. Bir il xidmət etmişdim ki, onu bibisi oğluna verirlər, xəbərini aldım. Xidmət illərində diviziyada birinci yeri tutmuşdum deyə, məzuniyyət alıb kəndə gəlmək çətin olmadı. Dostlarım bir-birinin evinə zəng edirdilər: “Mixaylo” kənddədir.

Bir axşam elə hərbi formada onu qaçırdım, mən 13 000 km məsafəni bu məqsədlə gəlmişdim. Kənddə pıçhapıç başladı: Deyirdik axı “Mixaylo” kənddədir. Bu ayamanı mənə kənd uşaqları vermişdi, düzü, bundan məmnun idim. Bakıya, bacımgilə gəldik, oradan xidmətə qayıdacaqdım. Darvin küçəsində bir fotoatelyeyə girdik. Orta yaşlı fotoqraf bizi görən kimi gülümsədi. Oğlum, məndə çəkiliş üçün hərbi forma var, istəyirsiniz ikiniz də forma geyinin. Mən onsuz da formada idim, ona da hərbi forma geyindirdim və ömrümüzün bir anını fotoşəklə çevirdik.

Daha bir il xidmət edib Vətənə qayıtdım. 1981-ci ildən ikinci yarımı götürüb Sumqayıta gəldim. Bu şəhərdə məskunlaşdıq. Oğlumuz, iki il sonra qızımız dünyaya gəldi. Deyilənə görə pis ailə başçısı, pis ata olmamışam.

Əslində heç yaxşı da olmamışam, ürəyim o qədər geniş idi ki, çoxlarının sevgisinə yer var idi. Ancaq, bir dəfə də olsa, O, bunu mənim üzümə vurmadı, bu günə qədər.

5

(Məktubun mövzusu əsasında beyin məhsulum da var)

Əziz dostlar, əziz Fəridə xanım, bəlkə də bu məktubu oxuduqdan sonra mənə nifrət edəcəksiz, elə qrupdakılar da... Bəlkə onlara "Əziz dostlar" deyərək etdiyim müraciətimi də qəbul etməyəcəklər. Bəlkə də dediklərimi haqlı sayacaqlar, bəlkə də mənə açıyacaqlar, amma sonra yenə mən, elə mən olacağam. Yenə mən bir müdətdən sonra diqqətdən kənarda qalacağam. Bu yazdıqlarım biraz sizləri düşündürsə yenə də unudulacağam. Cünkı 32 yaşımda görmədim ki, mənim kimi bir qadını kimsə qəbul edə. Dost kimi yanaşıb dərdimi dinləyənin, başımı çıyninə qoyub hıçqırdığım adamın yatağlnda dəfələrlə görmüşəm özümü. Daha ağlamıram... Bir gecəlik keyfi müftə keçirmək ücün səhərə qədər içərək dərdimi, dinləyənləri çox görmüşəm həyatımda. Qadınlardan söhbət gedə bilməz. Çünki, qadın rəfiqəm yoxdur, ümumiyyətlə qadınlar məndən nifrət edir. Eyni cinsdən məsləkdaşlarım var, onlar da mənim kimi...
Yəqin ki, təxmin etdiniz bu məktubu sizə yazan kimdir? Bir Fahişə...
Bu məktubumu bütün məsləkdaşlarımin adından yazıram. Sizlər oxuduqdan sonra mənə və mənim kimilərə hamınız nifrət edəcək, bəlkə də söyəcəklər. Bəlkə də hamı məni və bizim kimi qadınları qınayacaq. Amma inanın bu bizim senetimizdir. Buna məcbur edilmışik , 12 - 14 yaşımızda evimizdə, qonaq evində dəfələrlə qardaşımız , dayımız, qonşumuz , müəllimimiz, əmi oğlanları, atamız dostlarımız tərəfindən zorlananda. Haqq ədalət yerin tapıb da, tapmayıb da, lakin bizə damğa vurulub- fahişə. Ədalətimiz bərqərar olanlarımızı ailəmiz qəbul etməyib, kim təmiz adına ləkə gətirər ki, atılmışıq, ya da ədalət axtarmaq üçün qaçmışıq, bizə kömək edəcəklərinə söz veriblər, əlimizdən tutan da bizi bu yola çəkib, həyata bağlanmaq üçün əlimizə "məslək" verib:
- İşlə, pulunu qazan, yıxılma, dik dur ! ...
Pulunuzu alıb sizi razı salmırıq Amma siz? Hələ 15 yaşın var, həyatın qabağdadır. Həyat səninçün futbol, "Coca cola" və "Playstatinon"dan ibarətdir. Dostlarınla qəpik quruş yığışıb çayxanaya gedirsən. Ən ucuz xidmət altında oturub ya davadan, ya da kimdənsə danışırsan. Mənimlə tanışlığın olmasa belə mənimlə yatdığını dostlarına deyib, onları inandırmağa çalışırsan. Ana söyüşləri səninçün adiləşib və bir fahişəyə görə "anamın canı" adiləşib... 18 yaşın var ailenin göz dikdiyi varlıq sənsən. Sənsə hər gün 10 manata səhərdən axşama kimi işləyirsən. Ailən ehtiyac içindədir, borclar, kreditler onları çox sıxıb. Amma sən...Sən isə 10 günlük maaşını mənim yanımda 1 saat kral kimi görünməkçün mənə verirsən... 25 yaşın var həyatı az da olsa dərk edirsən. Gözəl həyat yoldaşın, yeni doğulmuş körpən var. Yaxşı işin, yüksək maaşın var. Pul səni həyatın düz və hamar yolundan çıxarıb. Həyat yoldaşın gecələr körpəsini bağrına basıb, pəncərə önündə sənin gələcəyin küçəyə baxır. Sən isə....Sən isə hər gecə məni bahalı klublara aparır, ən bahalı içkiləri sifariş edirsən. Hər gün məni fərqli- fərqli yerlərə aparırsan, "həyatın ləzzətini" yaşadırsan. Amma pəncərə önündəki həyat yoldaşın......eh, nəsə...
35 yaşı var. Övladın yalnız atasının iş yeri ilə, vəzifəsi ilə, ad sanıyla fəxr edir, atasıyla yox. Ağıllı və savadlı bir oğlun, qızın var. Sən isə onlarla maraqlanmırsan. Dediyin bir söz var: "Ali məkətəbə gir, qalanı mənlikdir". Həyat yoldaşın vecinə deyil, sən artıq onu bəyənmirsən. O sədəcə sənin qulun olub, istədiyin kimi onu qıraraq parçalamısan, döymüsən, əzmisən, iki, üç uşağın xətrinə qatlanıb hər şeyə, səni tərk etməyib, daha doğrusu bu yaşında el aləmin tənəsinə tuş gəlmək istəməyib. Sən onun vecinə deyilsən, dost düşmən içındə özün tox tutur. "Kişi çöldə, qazancı evdə olar" deyir. Pulunu sağa sola xərcləyir, sənə olan bütün həvəsini, bütün ehtirasını alış verişdən alır, " Q..bəsinin nəyindən əskiyəm" düşüncələriylə geyimini də geyimimə bənzədir, saçlarını da mənim kimi boyayır. Onun kimi bədbəxt olan qadınlar da sənin xanımına qıbtə edir, hələ ayağından çəkənlər də var: "halal olsun kişiyə, kişi arvadın belə saxlar" deyirlər. Sizin bu həyatınızı qısqanan qonşular da baş başa verər arvadının halına, hələ bəlkə də haqqında başqa şeylər də danışarlar :
- Boynun yerə soxum, filankəsin arvadı özün əməlli başlı açıb,
- Yox ay qız, deyirlər, filankəs saxlayır...
Yatağına girəndə səndən nifrət edərək ya üzünü yana cevirir, xanımın, ya da arxasını. Evdə bir birinizi nifrətlə dindirirsiz, lakın bayıra çıxanda əsl centelmen və ən nəcim bir ailə rolu oynayırsız.
Sənin həyatında mən varam, həyat yoldaşı sənin üçün sadecə rəsmi nigahda, hansısa bir rəsmi dairələrdə, qeydiyyatda keçərlidir.
Budur sənin 35 yaşında keçirdiyin həyat tərzin. Hər gecə yanıma qaçıb, səhərlər özünü yorğun evinə atmaq...
55 Yaşı var və sən yenə mənim yanıma gəlirsən. Mən sənin hesabına özümə əməlli- başlı şərait qurmuşam. Bütün dostların, ailən belə məndən xəbərdardır. Mənimlə olduğuna görə fəxr edirsən, guya "sevirsən". Məclislərə halal həyat yoldaşınla yox, mənimlə gedirsən. Sən artıq, boşanmısan. Ya da o yaşlanıb bəyənmirsən. Oğlun, qızın sənə nifrət edir, sənin bir qara qəpiyini belə qəbul etmir. Sən isə....sən isə mənə bahalı daş-qaşlar alırsan, lüks həyat yaşadırsan. Yoldaşın isə oğlunun günlük yol pulunu ödəmək üçün son ümüdü olan nişan üzüyün satıb. Ən pis halda isə özünü...
İndi de görək kimdir fahişə? Sən yoxsa mən???!!!
Biz doğulanda fahişə doğulmuruq, bizi siz kişilər fahişə edirsiniz, öz fahişəliyinizlə, istər qızlarınızı, istər arvadlarınızı.
Əziz xanımlar, bu müraciətim sizədir! Ərinizi, oğlunuzu yanımızda görəndə, bizə "fahişə" deyib bizi daşqalaq etməyin, əsil fahişənin kim olduğunu görün bizə bəsdir...

6

Bir gənc xanım yazır:
- Salam Fəridə xanım, sizinlə bir şey danışmaq istəyirəm, xahiş edirəm anonim paylaşın, bəlkə bir yol göstərən ola mənə. Çaresizəm.
Məktəbin 10 cu sinifində oxuyanda aıləmin məsləhətiylə xalamın baldızı oğluna nişanlandım. Oğlan unversitetdə oxuyurdu. Dedilər ki, oğlan unversiteti bitirsin toyunuzu eliyək . Mamagilin də ürəyiycəydi. Kasıb ailəyik. Mama dedi ki, yaxşı olar, biz də o vaxta qədər cehiz yığarıq. Nişanlımla aram çox yaxşıydı. Əvvəl ona qarşı heç nə hiss etməsəm də, hər görüşdə biraz ona bağlanırdım. Anası gil Turkiyədə işləyirdi. Oğlan Bakıda oxuyurdu. Hər tətildə kəndə gəlir, evlərində qalır, demək olar ki, günü bizdə keçirdi. Məni şəhərə aparır, alır geydirir, nənəmgilə gedirdik, xalalarım bizi evdə tək qoyurdular, özləri bağa baxçaya gedirdilər, işləməyə. Bir ev olurdu, bir də biz. Yanı deməyim odurki, aramızda, yataqdan başqa hər şey vardı.
Bir dəfə bizə gələndə telefonunda bir qızla yazışmalarını gördüm. Gözlərimə inanmadım. Çox pis olmuşdum. İnanmırdım ki o mənə xəyanət edə. Düşünürdüm ki, bəlkə qız buna yazır. Mesajları oxuduqca ağlım başımdan çıxırdı. Eynən mənimlə olan xəyallarını, o qızla qurmuşdu.
Qızın nömrəsini götürdüm. Nişanlımdan soruşdum ki, bu nədir, nə deməkdi? Dedi, heç nə elə belə şeydi, fikir vermə. O Bakıya gedənnən sora qızı yığdım. Danışdım kim olduğunu nişanlımı niyə narahat etdiyini soruşdum. Dedi, mən milli on-dan öz nömrəmə kontur yükləmişdim. Yadımdan çıxıb fişim orda qalmışdı. Fişimdə mənim nömrəm vardı. Məndən sonra o milli ona gəlib, nömrəmi götürüb zəng edib. Belə tanış olduq, bir birimizi sevdik, görüşdük. Dedim ay bala, mən o oğlanın nişanlısıyam. Get özünə adam tap, boş xəyallara qapılma. Dedi nə boş xəyal, biz nişanlıyıq. Dedim necə yanı. Dedi anasıgil Türkiyədə qalmır? İki ay bundan qabaq gəldilər Türkiyədən bura, ədəb ərkanka, çal cağlrla el adətiylə nişan taxdılar mənə. Dedim nə danışırsan? And icdi aman etdi. Mənə nişan şəkillərini falan göndərdı. Dəli oldum. Mən də ona özümün böyük dəm dəstgahla olan çalğılı nişan şəkillərimi göndərdim. Dedim ay bacı elin aləmin şahidliyiylə, yad da deyil, xalamın baldızının oğludur, nişanlanmışam.
Qız dedi neyniyim. Nəysə aləm dəydi bir birinə. Papa zəng elədi qaynatama, Türkiyəyə ki, bu nə məsələdi. Dedi nə edə bilərəm, oğlumla qız bir birini sevir, dedi, o qızı mənə almalısız. Qlz da arxalı yerin qızıdır, cək cevir eləyə bilmədik. Nəysə işə Bakida olan dayılarım falan qarışdı. Olmadı. 3 illik nişanım qayıtdı. Çox ağır depresiya keşırtdim. Dayılarım məni Bakıya apardılar, xeylax orda qaldım müalıcə olundum. Hərə bir tərəfdən bir dul, gic, arvadı ölmüş, nışanı qayıtmış tapıb gətirdi ki, ərə getsən düzələsən, həyata bağlanasan. Getmək istəmirdim. Nəysə hərə bir tərəfdən başıma soxdu ki, açıq verməlisən, ərə get, qoy xoşbəxt olduğunu görsün çatlasın. Nəysə qonşu kənddə neçə illərdir Rusiyada yaşayan bir ailə var. Dedilər oğlu rusetdə bir rusa ilişib. Evlənsə o qançıqdan qopar. Bezmışdım. Dedim gedərəm rusetə, hər şeyi unudaram. Qəbul etdim. Tanış etdilər, oğlan Rusiyadan gəldi, toy elədi. Toydan sora anası bacıları rusetə getmədilər. Dedilər ki, qızların ərgənlik vaxtıdı, rusetdə qız saxlamaq çətindir, qoy bu qızları da burda ərə verək onnan sora birdəfəmlık gedək. Yoldaşım da kənddə qaldı. Neçə ay avaralandı, iş tapıb işləyə bilmədi. Mənnən də arası yaxşı idi, bir birimizə isinişmişdik, sevirdik. O da mənsiz dura bilmirdı. Çətin də olsa keçən günlərimi unudub buna bağlanmışdım. Qaynanmgil də bəzi şeylər istisnalar olmaqla mənimlə yaxşı idilər. Sevmədiyim bir xasıyyətləri vardı. Nişanlı olmağımı, nişanlımın məni atıb başqasına getməyi başıma qaxırdılar. Yaxşı qız olsan nişanlın səni atmazdı deyirdilər.
Nəysə, Oğlum oldu. 1 yaşı yox idi, yoldaşım rusetə getdi.. O gedən bu gedən 2 ildir ordadır. Əvvəl hər gün danışırdı, yazırdı. Get gedə soydu, indi heç ayda 1 dəfə zəng etmir. O gedəndən beş altı ay sora qaynanam mənnən dalaşdı ki, ayağın uğursuzdu. Yaxşı gəlin olsan ərini qoymazdın gedə. Ərini ayağına bağlaya bilmirsən. Mən neyləyə nilərdim ki, o getmək istəyirsə necə saxlayardım ki onu.
Qaynanamla yola getmədik. Oğlumu da götürüb, gəldım papamın evinə, indi onlarla yaşayıram, nə pul göndərir, nə para, nə də zəng edir. Mən yazıram, görüntü açıram, onda da çox vaxt zəngim, mesajım cavabsız qalır...
Bu arada müsahibimin sözünü kəsirəm .
- Sən atanın evinə yox onun yanına getməliydin, qızım. Bizim bədbəxtliyimiz bax budur! Bir şey olan kimi ər evindən küsüb ata evinə getmək. Gərək elə o rusetə gedən günü onunla gedəydin. Sən niyə getmədin onunla, getsəydin.
- Abla aparmadı, neyləyım, gedəndə demişdi gəlib aparacam. Gedənnən sora çox dəyişdi, elə ailəsi də, anası mənnən yola getmədi...
- Deyişərlər təbii ki . Ya getməyə qoymayacaqdın, ya da özün də yanına düşəcəkdin. Kişi harda arvad da kışının boynunda sep kimi taxılar qalar. Hara gedir özüylə aparar, gərək gedəydin, məcbur gedəcəkdin, dava salacaqdın.
- O aparmiyandan sonra men zorla gedesi deyilemki...
-Gedəcəksən yad deyilsən ki, arvadısan. Gerəkirsə günü bu gün gedəcəksən. Heç onun xəbəri belə olmadan, uşağını da alıb gedəcəksən yuvan dağılmaması üçün. Hə, əgər o səni istəmirsə, qəbul etmirsə o zaman boşasın day səni niyə zanıt edir ki. Hər şey kişinin istəyiylə olmur bu həyat. Onda qadının günü qaralar, özü də kef edər. Bu dünyada heç kimə, heç nəyə acımayacaqsan. Kim səni necə vurur sən də ona o tokağı vuracaqsan
- Boşamır abla, heç nə də demir, mənə ümüd də vermir, könlümü də almir, gələcəyini, bizimlə bir daha bir yerdə olmağı barədə heç nə demir. İki yad olmuşuq, daha onunla açıq açıq danışmağa utanıram. Onu istədiyimi, onun üçün darıxdığımı Muradın- oğlumun diliylə deyirəm. Mənə yandıq verir, qoy darıxsın, darıxmaq yaxşı şeydi deyir. Bu da mənə pis təsir edir. Onun yanında ağlaya bilmirəm, yalvara bilmirəm ona, özümü əskildə bilmirəm. Kənddə, qonşu rayonlarda o molla olmayıb getməmiş olam, heç nə təsir etmir ona, gəlmir. İstəyirəm nə olur olsun gəlsin, bizə sahib çıxsın...
- Ay qızım, başına dönüm, sən onu istədiyini ona deyə bilmirsənsə, özləmini ona bildirmirsənsə, molla ona nə desin, nə etsin ?
- Nə bilim, Feriş abla, deyirəm bəlkə bir qələm çala, dil ağzı bağlana...
- Bes ailəsi nə deyir? Fikirləri nədir?
- Elə nə edir, ailəsi edir dəə...

Burda həmin xanımla söhbətimi kəsirəm. Daha heç nə demirəm. Onsuz da nə desəm də faydası olmayacaq. Cünki bu qızımız hələ də mantel düşüncələrimizlə yaşayır. Ay balam, ay qızım, əgər sənin ərin səni istəmirsə, sənə sahib durmursa, səni itirib axtarmırsa ailəsi buna neyləsin? Niyə ər arvad aranızdakı hər hansı bir problemdən qaynanaları günahlandırırsız? Niyə deyirsiz ailəsi edir. Əgər sizdə alınmırsa, əgər bir birinizə hörmətiniz, sayğınız, güvəniniz yoxdursa qaynana buna neyləsin? Əgər sən nə istədiyini ərindən yox, molladan istəyirsənsə, elə ən böyük problem səndədir bacı! Gərək ərin səni sevərək gələ ki səninlə bir ömürün sonuna qədər addımlaya. Molla yazısıyla gələn ər nə qədər sənə sahib çıxacaq? 40 gündən sonra yenə getməyəcək? Niyə həyatınızı 40 günnən ötrü puç edirsiz, " niyə ərim məni sevir, ailəsi qoymur" deyə özünüz özünüzü aldadırsız? Allah eşqınə, qəbul edin ki, əriniz sizi sevmir. Deyirsən nə olur olsun gəlsin, bizə sahib çıxsın. Sən getdinmi, sən özünü bu ailə üçün fəda etdinmi? Uşağın üçün qürurunu tapdadınmı, "yuvamız dağılmasın, balamız atasız böyüməsin, qayıt gəl" deyə yalvardınmı? Bəlkə şeytan onu azdırıb, başqasına meyil edib, ilişib qalıb orda, elə ömür boyu onu şeytanın əlinə buraxasan, sonra da qaynananı günahlandırasan? Qadın olaraq sənin vəzifən ailən üçün mücadılə edib onu əldə etmək deyilmi? Yox əgər sənin bu fədəkarlıqlarından sonra ərin səni rədd edirsə, o zaman sən onun üstündən xətt çəkib həyatını davam etməlisən, bala . Yoxsa gözləmə ki gedib ata evində oturub, demə ki ərim rusetdən gəlsin ayağıma molla, seyid salsın, ağsaqqal töksün, minnətçı düşsün. Yox ay qızım, yox belə qanun. Həyat kişi üçün də qadın üçün də müştərək və qarşılıqlıdır. Sən ona əlini uzadacaqsan, o sənə qollarını açacaq, yox əgər əlindən vuracaqsa, başının çarəsinə baxacaqsan, ondan ər yox, heç zibil də olmaz...

7

Salam Feride xanım, bu məktubu uçqar dağ kəndlərin birindən yazıram. İnşallah gələn il Bakıya öz evimizə köçəcəyik.
Ali məktəbi bitirib imtahanlarımı vererek bu kəndə könüllü kimiya müəlliməsi kimi gəlmişəm. Ən böyük arzum idi, dağ kədlərində uşaqlara dərs vermək. Mənim nəzərimdə müəllimlik ən alı bir peşədir. Ailəm kəndə getməyimə razı olmasalar da mən özüm buranı seçdim. Hamı şəhərdə qalıb işləyir, bəs kənddəkilər, kənd uşaqlarına bilik lazım deyil?
Sağolsun kənd camaatı da sovetlik (kənd nümayəndəsi) də məni gözəl qarşıladı. Mənim üçün çox gözəl şərait yaratdılar. Kənd camaatı məni ehtiyyac içındə qoymurdu. Odunumu ocağımı yandırirdilar, elə bilirdim ailəm anam, xalam yanımdadır, mürəbbələrim, tutmalarım kənd camaatından gəlirdi. Hər işdən gələndə evimin pıləkənində balaca qazançada yemək, qatıq, süd, çörək olardı. Kim gətirib qoyur bilmirəm, bilirəm ki, kəndin xanımları edir. Bu kəndin camaatı çox qonaqpərvər camaatdır.
Yemək məsələsini məktəbin direktoruna deyəndə o gülərək dedi ki:
- Bizim camaat hörmət edəcəksə əlbə əl kiməsə hörmət etməz, heç hörmət etdiyi adamı da bildirməz . Düşünərsən ki, birdən sən bunu rüşvət kimi qəbul edersən, onların uşaqlarına yaxşı qiymət yazarsan. Bizim camaat sən burda qəribsən, korluq çəkməyəsən deyə bunu edir. Get ye, atanın çörəyi kimi. Halal xoşun olsun, bir şeyə də ehtiyyacın olsa bizə söylə.
Kəndə gəldiyim gündən kəndin gənclərinin diqqətini cəkmişdim. Cavan, gözəl, unversiteti yenicə bitirmiş təcrübəsiz qız idim. Elə bilirdim şəhər kimi burda da hər şey istədiyim kimi olacaq. Daha nə bilirdim məni qarşıda nələr gözləyir.
Geyimin, oturuşum, duruşum kənd qızlarından seçılirdi. Çox diqqət çəkməyim deyə Bakıdan gətirdiyim paltarları, şalvarları qatlayıb bir kənara qoymuşdum. Rayon mərkəzindən aldığım yeni paltarları geyinirdim. Yeni stilim rayon yerinə uyğun olsa da yenə zövgümü əldən verməmişdim. Müəllimə olduğum seçılməliydi.
Kənd gənclərindən mənə eşq elan edənlər də vardı, evlilik təklif edənlər də. Ev sahibəsi Kübra arvad da bütün günü dizimin dibini kəsdirmışdı, kəndin çavanlarından, nə bilim qonşu arvadlardan mənə söz gətirirdi. Lakin nə etsəm də, onlarla ozümü bir görə bilmirdim, özümü kənd camaatından ayırmasam da, onlara qaynayıb qarışsam da biz başqa dünyanın adamları idik. Mənim dünyagörünüşüm, və fikirlərimlə onlarınkı üst üstə düşmürdü. Düzdür içlərində yaxşı ailələr də var idi. Amma onlar mənim favorim deyildi. Nə bilim bəlkə də sevdiyim olmasaydı...
Sevdiyim vardı. Ürəyimi unversitetdə oxuyarkən qrup yoldaşıma verib gəlmişdim. Fikirimiz, məqsədimiz üst üstə düşürdü onunla, bir birimizi başa düşürük. O da təhsil və kareya sahəsində mənim kimi düşünürdü. Mən bu kəndə o da başqa bir dağ kəndinə müəllim getmişdi. İkimiz də bu addımı zövqlə atmışdıq. Demək olar ki, hər gün yazışırdıq, əvvəllər məktubla, sonralar çıb telefonlarıyla. Söhbətləşıb, məktəbin, dərslərin, nadınc uşaqların problrmlərini birgə həll edirdik. O qədər işimizə bağlı idik ki, şagirdlərimizi o qədər çox istəyirdik ki, onlardan o qədər danışırdıq ki, heç öz sevgimiz yadımıza düşmürdü. Evlənəcəkdik, amma hələ buna zamanımız var idi. O əsgərliyə gedəcəkdi, ondan sonra bərabər özümüzə bir ev guracaqdıq, gələcəyimiz üçün şərait yaradacaqdıq, sonra evlənəcəkdik.
İkimiz də eyni düşünürdük. Biz həyata elə ikimiz atılacaqdıq. Ailəmizə yük olmayacaqdıq, bu həyat yolunu bərabər addımlayacaqdıq. Şah şahalı toy, qızıl, cer cehiz bizlık deyildi. Biz sadəliyə üstünlük verirdik.
Kəndə Tural adında oğlan var ıdı, bu heç məndən əl çəkmirdi. Məndən çox böyük idi. Anası kəndin dükanın işlədirdi, atası da kənd nümayəndəliyində . Özü avaragorun biri idi. Bütün güni məhəllə tinlərində it boğuşdururdu. Kəndin bütün oğlanları kimi onu da geri çevirmişdim. Turaldan mənə xəbər gətirən xalasına və dayısı arvadına, o cümlədən də Kübra arvada da mənim sevdiyim olduğunu, onunla həyatımı quracağımı demişdim. Lakin nə Tural, nə yaxınları, nə də adi müəllim yoldaşlarım mənə inanmır. Onlar müəllim adını daşısalar da hələ de beyinləri 19 cü əsrdə yaşayırdılar, onların fikirincə qız sevə bilməz, qız kimsəylə danışmamalı, əgər qızı sevən oğlan olarsa o qıza elçı göndərər, evlənərlər. Mənə 22 yaşım vardı mənə evdə qalmış qız kimi baxırdılar.
- Bu yaşdan sonra səni kim alacaq a bədbax, camaatın 15 yaşlı qızən alan yoxdur. Niyə qismətinə təpik atırsan - deyirdilər.
Mən onlara başa sala bilmirdim ki evlilik həyat yolu və qurtuluş deyil. İlk əvvəl bir birimizi tanımakı, başa düşməli, sonra evliliyə, gələcək həyata hazır olub sonra birləşməliyik.15 yaşında qız gözün açmamış, gəlinlik, xanımlıq, o cümlədən analıq nə olduğunu nə bilir ki, ailə də qura? Axı ailə evçik oyunu deyil ki, yorulanda, bezəndə vurub dağıdasan.
Nəysə uzun sözün qısası, Tural əski adətlərə sadiq qalaraq dostlarıyla məni qaçırtdi. Ailəm bu xəbəri eşidib kəndə gəldi, məni onlardan almaq istədi. Lakin məni ailəmdən gizlətdilər. Üç gün məni ailəmlə görüşdürmədilər. Fikirləşdılər ki, əgər Tural mənə sahib olarsa mən də ona təslim olacam. Bəli Tural mənə qohumlarının evində sahib oldu. O gün qadın olduğumdan nifrət etdim, allah məni qadın cinsindən yaratdığı üçün həyatımdan küsdüm. Ağır depresiya yaşadım.
Amma onlar mənimlə heç nə olmamış kimi rəftar edirlər, sanki bu evin 30 illik gəliniymişəm kimi davranırdılar. Artıq mənim rəyimi belə almadan toy hazırlıqlarına başlamışdılar. İstədikləri geyimi alıb geydirdilər, üstümü başımı qızıla tuturdular. Mənim nə hisslər keçirtdiyim, nə dediyim, nələr yaşadığım veçlərinə deyildi. Utanmaz utanmaz hələ çarşafımı da Atam gilin qarşısına qoymuşdular. Atam bunu görüb havalanmışdı, yaxşı ki əmilərim də atamla gəlmişdi, yoxsa atam əlini qana batıracaqdı. Gülməli olan bilirsiz nə idi? Atamın belə əsəbləşməsinə gülürmüşlər.
- A, kişi, neyləyəsən indən sonra, day iş işdən keçıb, bunu belə alıb aparasan evinə? Tikdirib təzədən ərə verəsən?
Atam bunları eşıdəndə dəliyə dönürdü. Deyırdı - ıkı dünya bir ola hələ bu dövürdə bu əski parçasını ağ bayraq edib təslim olmasını istəyən, bir damcı qanı namus bilən adamlara qız vermərəm.
Bu o vaxt idi ki artıq mənim sevdiyim də əsgərlikdə idi. Ona inanırdım, bilirdim ki, o məni necə varam elə də qəbul edəcək. Bəkarətimi almaqla məni və ailəmi təslim edəcəklərini sanırdılar, mən Turala təslim olmadım. Atam və əmilərimlə gələn polislərə onu şıkayyət edib mənə zorla sahib olduğunu dedim. Turalı tutdular. Atam məni Bakıya apardi. Çox pis idim, pisxoloji sarsıntı keçırmışdım.
Bir aylıq müalıcədən sonra işimə qayırmaq istədiyimi atama dedim. Atamgil burda qalıb işimə davam etməmi istədi. Bakıda yeni işə başlayacağım üçün nə lazımsa edəcəyini dedi .
- Narahat olma ata, həyat dediyin mücadılədir, hər mübarızədən qorxub qaçaramsa o zaman nə mənim həyatım olmaz, nə də onların. Mən oraya qayıdıb, belə cahil təfəkkürlü insanlarla mübarizə aparmalıyam dedim.
Ailəm həmişə mənə güvənib və fikirlərimə hörmət goyublar. Odur ki, bu dəfə də atam məni quçaqlayıb,
- Qızım sənə güvənirəm. Amma bu saatdan sonra sənin hörmətin orada əvvəlki kimi olmayacaq. Nə zaman gəlmək istəsən, bir problemin olsa xəbər et! Yolun açıq olsun.
O gündən həyatım qaraldı. Kənddə hamı məni ləkəli qız kimi göstrirdi. Birinin qızı dikbaşlıq edəndə "Filankəsin tayi olasan? Deyirdilər. Yeməklərim, odun - ocağım , suyum, işığım kəsildi. Günlərlə şam işığında proqramlarımı dərslərimi hazırladım. Təhsil şöbəsindən yanacaq üçün odun kömür istədim, məktəbə gələn yanacaqdan mənə də verilməli idi, drektor vermədi. Kəndə həm sakinlər, həm də müəllimlər tərəfindən piskolojik təyziqlər olurdu.
Məni istəyən oğlanlar artıq mənə başqa gözlə baxırdı, dərsdən çıxıb evə gələndə, bir zamanlar məni bir birinə qısqanıb dava salan oğlanlar indi cütləşıb taa qapıya qədər ardımca gəlirdilər. Məhəllə qadınları məni az qala daş qalaq edəcəkdilər, arxamca olmazın sözləri danışılırdı. Özümü bu vəziyyərdə "Çalıquşuna" bənzədurdim. Rəsmən onun 19 cu əsrdə Anadolu kəndlərində keçdiyiyi müəllimlik və həyat yolunu mən 21 cı əsrdə Azərbaycanın ucqar kəndində keçırdırdım.
Dalımca düşən kişilər bütün əsəblərimi oyadırdı. Hələ məhəllə arasında yolumu kəsmələri, bəhanələrlə evimə soxulmaq istəmələri... Heç sevmədiyim şey idi, belə şeylər. Bunu ən böyük əxlaqdızlıq kimi qəbul edirdim. Nə edəcəyimə, ozümü bu pıs söz söhbətdən necə qoruyacağıma çaşıb qalmışdım. Hər tərəfdən üzərimə üzərimə gəlirdilər. Hançını, neçəsini şikayyət edəcəkdim ki, tez tez də polis cağırmağım bir tərəfdən başıma bəla olmuşdu. Guya məni polis saxlayir, polislərlə əlbirəm, işverənlik edirəm.
Kənd qadınları az qala üstümə hücum cəkirdilər. Sinifimdə qızlar dərsdə oturmurdular. Ümumiyyətlə bütün kənd sözü bir yerə qoyub məni şıkayyət edərək kənddən qovmağı planlayırdılar. Lakin mən, pəs etmirdim. Canla başla yenə işimin başındaydım.Marifdən və nazirlikdən gələn komisiya işimdə dərs proqramımda qüsur tapmamışdılar. Məni başqa bir kəndə təyin etmək istəsələr də mən israrla bu kənddə qalacağımı demişdim. Nailə - sevgilimə çox güvənirdim. Başıma gələnləri onunla bölüşürdüm. O mənim həm məsləkdaşım, həm dostum, həm, sirdaşım, həm də sevgilim idi. İkimizin də bu kəndı cahilliyyət yuxusundan oyandıracağımıza əmindim. Onlara sübut edəcəkdim ki, qızın namusu iki qıcın arası yox, məhz onun qüruru, mənliyidir. İstəyir yüz Tural kimi şərəfsiz aparıb o qıza zorla sahib olsun, istəyir on min kəndin kişisi qapısına dayansın, onlar bilməlidir ki, bir qadın özünə güvənə bilirsə onun qürurunu heç kim,heç nə qıra bilməz.
Nail əsgərliyini bitirib gəldi, uzun ayrıllqdan sonra onunla Bakıda kafelərin birində görüşüdük. Qorxularım var idi. Fikirləşirdim bəlkə aylarin, illərin ayrılığı onu dəyişib. Bəlkə o da mental düşüncələrlə yetişib? Ondan heç nə gizlətmədim başıma gələnləri, qaçırıldığımı, bəkarətimin zorla alındığını danışdım. Elə bilirdim bunları ona desəm ağlamaq məni tutacaq, pzümü Nailin qarşısında gücsüz görəcəm, deyirdim indi Nail elə biləcək ki, mən özümü ona acındırıram. İstəmirdim, Naili nə qədər sevsəm də, ona nə qədər güvənsəm də istəmirdim, o məni qorxaq, yazıq, gücsüz görsün. Çünkü mən nailı həyatımın qəhrəmanı bilirdim, onun xanımı da qəhrəman olmalığdı. Yanılmamışdım, o məni belə də qəbul etdi. Nə əsmədi, nə coşmadı. Əlimdən tutub məni evlərinə gətirdi. Ailəsiylə danışdı, bir birimizi sevdiyimizi dedi.ailəsinə dedi ki
- Yavaş yavaş gudalarınızla tanış olun, işlərimi yoluna goyan kimi elçi gedəsiz. Naılın ailəsi açıq fikirli, müasir ailə idi. Eynən bizim ailə kimi, onlar da oğlanlarının fikirinə hörmətlə yanaşırdı. Ailələrimiz tanış oldu. Anam qorxu içində idi,
- Bəs toy necə olacaq nə cavab verəsən?
Bu sualı mən də Nailə vermişdim. Nail isə bu ikimizin arasında olan problemdir, onlara aidiyyatı yoxdur. Heç soruşan da olmayacaq, narahat olma.
Nə deyim allaha pənah deyib həyatıma davam edirdim. Həyat məni hansı sürpirizlərlə qarşılayacaq hər şeyə hazır idim. Onsuz da yaşadığımı yaşamışdım, qürurum tapdanmış, mənliyim əsilmişdi. Ləkə vurulduqca vurulmuşdu. İndən sonra bu olsa nolur, olmasa nolur.
Mənim də, onun da ailəsi bizim şəhərə gəlib orda işləməyimizi istədilər. Yenə biz inadımızın üstündə durduk. Əksinə Nail mənim işlədiyim məktəbdə işləyəcəyinə qərar vermişdi. Və elə bu məqsədlə, lazımı yerlərə müraciət etdi. Kəndlərdə müəllim çatışmamazlığı olduğu üçün Nailin təklifi geri çevrilmədi. Ailələr arasında nişanlandıqdan sonra da bizim məktəbə bialogiya müəllimi gəldi. Kənddə özünə mənim evimdən biraz arali ev kiraladı. Bütün hamı bizim sevgili-nişanlı olduğumuzu bilirdi. Kənd bizi qəbul etmirdi.
- Bir qızın olduğu yer ata evidir, tək başına nişanlısıyla dağda daşda nə işi var? - deyirdilər. Avam camaata aşılaya bilmirdik ki, artıq 21 ci əsirdəyik, camaat kosmosda yaşamağa hazırlaşırsız. Siz hələ bu kəndin xəttindən çıxıb dünyaya baxa bilmirdiz.
Nəysə, 2 il nişanlı qaldıq bu iki ildə gəzməyə də getdik, mən onun, o mənim evimizə ge dib gəldik. Yeməklərin hazırlayirdım, paltarını yuyurdum, saatlarla məktəbin, uşaqların, dərslərin problemlərundən danışırdıq, o evdə uşaq da hazırlayirdı.(mƏnim yanıma hazırlığa uşaq göndərmirdilər, axı "pozgun", "əxlaqsız" idim.) Bəzən mən də həvəslənib, gedib ona kömək edirdim. Nə evdə tək qalanda, nə küçədə, nə də məktəbdə Naillə artıq əskik hərəkətlərə yol vermirdik. Nə qədər səmimi və istəkli olsaq da aramızda o qədərdə ciddi və qalın pərdə var idi. Nə olur olsun kənddə örnək bir şəxsiyyət kimi ad buraxmalıydlq. Bəzən qulağıma gəlib çatırdı. Kənd camaatının mənə qarşı fikirləri dəyişmişdi. Danışırdılar ki, əgər bu qadın pozğunluq edirsə bəs nişanlıdı onu necə qəbul edur. Həmin dəqiqə də, digər qrup mənim tərəfimi tutan adamların ağzından vururdu.
Sonra evləndik. Bu iki il müddətdə başımıza gəlməyən qalmadı. Valideyinlər uşaqları, o cümlədən qızları dərsdən yayındırır, bizimlə kimsənin yaxın olmasını istəmirdilər. Kəndin kişiləri Nailə beqeyrət kimi baxırdılar. Elə bilirdilər Nail məni firladıb buraxacaq, nişanlı olmağımıza unanmırdılar da. Evləndikdən sonra bu söz söhbətin kəsəcəyini düşünürdük. Ancaq tam tərsi, Naili məndən soyutmaq üçün əllərindən gələni edirdilər. Turalın "artığına" yiyələnmisən deyirdilər. Nail bunları vecinə almırdı. Yenə mənə təsəlli verir, səbrimi basmağı istəyirdi, yenə heç nə olmamış kimi Naillə marifləndirici tədbirlərimizlə, dərslərimizlə məşgul idik. İkimiz də rayonumuzun və ətraf kəndlərin o cümlədən Bakı və ətraf kəndlərin tarıxı yerlərinə ekuskursiyalar təşkil edirdik, Bakıdan və başqa rayonlardan, təhsil şöbələrindən məktəbimizə, o cümlədən kəndimizin tarıxı yerlərinə qonaqlar dəvət edirdik, tədbirlər təşkil edirdik. Məktəb binamız köhnə olsa da hər Bakıya gələndə sinif otağımız və təcrübə zalı üçün əşyalar alır, kitablar alıb dərsdən xarıc dərnəklər təşkil edurdik. Uşaqlar bizimlə bərabər dərslərə həvəslənsələr də, heç kim bizə dəstək vermirdi. Kənd əhalisi çoxluq təşkil etsə də məktəbdə müəllim çatışmamazlığı var idi. Yerlı kişi müəllimlər iqtisadi vəziyyətlə əlaqədar Rusiyaya üz tutmuşdu. Pulu olanlar şəhərə köçmüşdü. Kənddə təhsil sistemi demək olar ki iflic vəziyyətindəydı. Demək olarkı məktəbdə qalan müəllimlər barmaqla sayılacaq qədər az idi. Məktəbin direktoru pensyaya çıxsa da kadr catışmamazlığından yenə də fəaliyyətinə davam edirdi. Artıq Naillə 8 il idi burdaydiq. Bir qızımız var idi. Bu arada Tural da azad olmuşdu. Tural gəlfikdən sonra bizimlə açıq aşkar düşmənçılık edirdi. Şikayyət etsək də şahidimiz olmadığı üçün şikyətimiz nəzərə alınmırdı. Artıq yorulmuşduq bir tərəfdən kənd camaatıyla, bir tərəfdən də Turalla mübarızə aparmaqdan. Bu illər ərzində sevindiyimiz bir şey var idi. Hər il 10 12 nəfər şagirdimiz ali məktəbə daxıl olurdu. Önların əksəriyyəti müxtəlif ixtisasları seçsələr də, 5 nəfəri tibb unversitetinə, 8 nəfəri isə kimya bialogiya faklutəsinə qəbul olmuşdu. Ən sevindirici hal da onların çoxunun qızlar olması idi. Sizə deyim ki, bu kəndin qız qadınları həkim üzü belə görməzdılər. Doğum evdə həyata kecirilirdi. Yanı belə bir kənddə kadır yetişdirmək həqiqətən qürurverici bir an idi. Çox xoşbəxt idik. Bizim çətinliklə, min bir zəhmətlə əkdiyimiz fidanlar artıq bar verirdi.
Günlərin bir günü Naili Marıfə cağırdılar. Onu məktəbimizə drektor təyin etdilər. Lakin Nail bu təklifi rədd etdi.
- Biz dövlətin qulluqcusuyuq, mən də yoldaşım da buraya heç bir şey ummadan xidmətə gəldik. Bacardığımızı etdik, davamçılarımızı yetişdirdik, öz yetirmələrimizdən artıq məktəbimizə gəlib işləyənlər də var. Təssüf edirəm ki, onlar da burda çox qala bilmir. Çünki çahiliyyətdən qurtaran insan, təkrar cahılliyyətə qayıtmaq istəməz. Ən yaxşısı siz belə kənd məktəblərinə bizim kimi könüllülər göndərin. İnanıram ki onlar da bizim kimi qarşılıqsız, canla başla bu millətə qulluq edəcək. Biz ikimiz də əlimizdən gələni etdik, gəncləri cahilliyyətdən qurtarmaq asandır. Lakin ailə məvhumiyyətini 12 13 yaşlı qızı ərə verməkdə görənləri bu bəladan qurtarmaq olmaz. Bu 8 9 ildə biz bununu üçün əlimizdən gələni etdik. Qızların oxumasıni, əllərinə sənət verib ayağlarını yerə sağlam basmasını aşıladıq, amma olmadı. Onlar ya bu cahillikdən qurtarmaq istəmirlər, yada qızlarını başlarından etmək üçün bu cahilliyi qəbul edirlər. Daha yorulmuşuq. Həm də qızımız var, ailəmizi də böyütmək istəyirik. Burda bu şəraitdə uşaqlarımızı sağlam pisxologiyada böyütməyəcəyimizdən qorxuruq. Bu gün sabah qızım məktəbə gedəcək . İstəmirik ki uşaqlarımız onlar kimi yaşasın, bizim kimi açıq fikirli ziyalıları topa tutsun.

Əziz Fəridə xanım, bayaq, sizinlə bə|abər bir necə istifadəçının təhsillə bağlı müəllimlərə iradlarınızı gördüm. Əslində bütün Azərbaycan müəllimi vətən üçün çalışır, amma baxır harda, necə, hansı şəraitdə. Nə qədər ki ölkəmizdə təhsilimizdə rüşvət var, müəllimlər də, belə olacaq, bahalı restoranlarda, nə şəhid sayacaq, nə karantin biləcək. Hədiyyə adıyla hötmət istəyəcək. Mən burda başıma gələnlərə əsaslanıb bu kənd camaatına cahil deyirdim. Əsil cahil isə onlar kimi oxumuş cahillərdir. Bilirsiz, bu cür cahillərinn beyinləri ancaq bir şeyə çalışır, əl əli yuyar, əl də qayıdıb üzü yuyar deyirlər. Deməyim odur ki, bir elə şərəfsiz müəllimdən ötürü vətənpərvər qeyrətli müəllim ordusunun adını batırmasınlar . Zənnimcə müəllim məktəbə rüşvət verib işə qəbul olursa , getdiyi yerdə də uşaqlardan, işlədiyi kolektivdə rəhbərdirsə müəllimlərdən rüşvət istəyər. Yox bizim kimi, peşəsini sidq ürəklə sevən, xalqının gələcəyi üçün çalışan müəllimin ən böyük mükafatı ancaq şagirdlərinin uğuru ola bilər. Onu da burnumuzdan gətirməsələr. Alı məktəb diplomunu əlinə alan məzuna fərq etmir kənd ya şəhər, harda olsa işləyəcək. Di gəl... cahilliyyət... Bax ona görə də cavanlar gedib cahilliyin palçığına batmaqdansa, ətək ətək pul verib şəhərdə yaşamağı seçir.

8

Bayaq bir xanım yazır ki, çətin vəziyyətdəyəm. Özüm utanıram paylaşım edib məsləhət alım. Dedi mənim yerimə qrupunda paylaşarsanmı? Nə edim, dedim bir paylaşım, xanıma kömək edək. Özü də qrupdadır. Lütfən rəy yazanda bunu nəzərə alaq.

Deməli xanım deyir 13 il uşağım olmadı. İlk evliliyim uşaq üstündə dağıldı. Deyir evim eşiyim hər şeyim vardı. Amma uşaqdan yana ürəyim buruqdur. Nəysəyoldaşım ailəsinin təkidiylə məni boşadı. Boşandıqdan sonra yoldaşım getdi evləndi, dalbadal 3 uşağı oldu. Pıs olmuşdum. 12 illik ailə elə belə şey deyildi. Həm gözəl ailəmi itirdiyimə həm də itən gəncliyimə, evimə eşiyimə peşiman olmuşdum.
Bir dəfə oturub dua etdim. Allaha yalvardım ki, ay allah, Mənə gözəl ailə ev eşik qismət elə. Mənə övlad ver, elə sevinim ki, itirdiklərimə bir daha təssüflənməyim. Dedim belə bir həyatım olarsa, 3 gün zina edəcəm (niyyətə bax aa 🙄🤦‍♀️🤣🤣). Nəysə deyir heç bir il keçmədi bir yaxşı yerdən məni istədilər. Ailəmin razılığıyla ailə qurdum. Şükür bu yoldaşım da yaxşı adamdır, ayrıca evimiz, maşınımız, dükanımız da var. Yoldaşım işində gücündə. Uşağımız da oldu. indi oğlum 6 aylıqdır. Özüm də, yoldaşım da namazımızda niyazımızdayıq.
İndi məsələ burdadır ki, On gündür məni yuxuda boğurlar ki, əhd etmisən əhdinə əməl elə deyirlər. Bu barədə yoldaşıma danışdım. Yoldaşım dedi əhdinə əməl etməlisən, nə olur olsun yoxsa ziyannıq çəkərik. Bir axund dostumuz var, ona dedik bu barədə. Dedi ki əməl etməlisən. Dedim axı necə, mən 16 yaşımdan qapanmışam, namazımda niyazımda. Mən necə gedib hansısa bir kişiylə yatım qalxım? Dedi ki sən qapalı xanımsan sənin 3 gün küçədə açıq gəzməyin, kişilərin sənə ehtiraslı baxmağı 40 illik zinaya bərabərdir. İndi mən nə edim? Sizcə mən 3 günlük açılsam əhdim qəbul olarmı , ya birdən yenə məni yuxularda narahat edərlərdə, birdən balamın başına bir şey gələr? Mən neyliyərəm ay allah, özümü öldürərəm. Açılıb gəzərəmsə, məni qınamazlar ki ? Sonra görən bilən mənim bu hərəkətimi yoldaşımın üzünə vurmazlar ki ağlımda dəli sorular.

Deyirəm gör aa 3 günlük açıq gəzmək 40 illik zinaya bərabərdirsə biz günah gölündə üzürük uje. Allah günahlarımızı bağışlasın

9

O gün, başıma bir oyun gəlib. İşdən çıxıb, biraz qızlarla gəzdik əyləndik. Nəysə geç qaldıq. 12 5 dəyqə qala İnşaatçılarda metrodan çıxıb evə gedirəm, bir narkaman düşüb dalımca. Yan yörəmdə də kimsə yox. Qorxudan ölürəm, day . Evnən metronun arası xeylax yoldu. Gördüm bu manyak məndən əl çəkmir, mindim taksiyə.
İndi bu səfər şofer, başlayib gicgic suallar verir, sexsdən zaddan danışır. Gördüm yox ee, bunun ağlı başqa yerdədir. Kuruqa catacatda bir patrul xidməti maşını gördüm. Şoferə dedim saxla düşəcəm. İndi dirəşib ki, yox ee, axı sən filan yerə gedəcəkdin? Deyirəm əşi saxlaye, düşürəm...
Nəysə, aparıb məni bir xeylax aralıda düşürtdü. O boyda yolu birdə geri gəlmişəm, başıma gələnləri polisə danışıb kömək istəmişəm ki, məni evə aparmağa kömək edin. Nəysə məni aparıb evimə qoyublar, düşəndə nə desələr yaxşıdır? Bizi caya dəvət etmiyəsən?
Nəysə çıxarıb 10 manat vermişəm ki zıkkımınız olsun, rəddolun bu da sızın rüşvətiniz.
Ürəyim partlayır. Əsəbimi dağıtmaq üçün girmışəm sosial şəbəkələrdə dolaşıram. Vay o hala ki, saat 12 dən sonra aktiv görünəsən, ya da bir şeyə kommet yazasan... Drekt day partlayır ee...
İndi siz deyin bu xarabada qadın olmaq günahdır, ya kişi olmaq şərəfsizlik?Biz qadınlar insan kimi yaşaya bilmərik, evə gec gələ bilmərik? Tək yaşaya bilmərik? Tək gəzə bilmərik? Niyə bizim Azərbaycanda qadına belə gözlə baxırlar? Axı biz qadınlar nə vaxt sərbəst rahat gəzəcəyik. Özümüzün, namusumuzun müdafiəsi üçün çantamızda bıçaq gəzdirək? Polisi belə olan ölkənin sıravi vətəndaşından nə gözləyək? Kimə güvənək? Boğuluram bu şəhərdə, başımı alıb qaçmaq istəyirəm. Azad olmaq istiyirəm, sərbəst olmaq istiyirəm qorxusuz yaşamaq istiyirəm qadın kimi yaşamaq istəyirəm, sakit yaşamaq istəyirəm. Nolar ay kişilər biz qadınlara hörmət edin...

                        




16.1.21

AHA ŞİMDİ GENE SİNİRLENDUM.. GELDE YAZMA..

 AHA ŞİMDİ GENE SİNİRLENDUM.. GELDE YAZMA..


TV 8 de yayınlanan <<Doğduğun Ev Kaderindir >> Dizi filimi yazan ne geri zekalı insanlar oynayanlarda aynı. Tanımam bilmem hiç birisini.Dizinde Allah aşkına bir karadenizli oyuncu yokmu.Varsada ne olacak kültürmü gelenekmi görmüşler.İstanbulun lüks semtlerinde büyümüş bin bir millet topluluğunun içinde karadenizlilik benliklerini kaybetmiş asimile olmuş kültürlerinden geleneklerinden yoksun Tipler.
Asil konumuza gelirsek yazacağım şudur'ki Ben 61 yaşıma girmiş.az buçuk okuyan araştıran gezen yazan bir insan olarak ne şehirlerde ne karadenizin tüm illerinde kardenizliler eve ayakkabıyla girdiklerini..belki o eski ahşap evlerde yerlerin toprak olduğu evler olabilir günümüzde halâ mevcuttur, ancak onlarda ayakkabıyla girilirdi bunu biliyorum vardır o evlerden.. Süper lüks bir dairede oturacaksın evin içinde odaya ayakkabıyla gezeceksunuz..kimi neye satıyorsunuz..Avrupalıların boklu kültürünü karadenizlilere empozemi edeceksunuz..Hay sizun bu kültürün içine etsinler..Hay sizun kafatasunuzun içine etsunler...Zivanadan çiktum yahu..
Bu flimi Kardanizde bir deli yazsa deli sizden daha iyi yazar..evin içine ayakkabıyla girilmediğini gezilemiyeceğini o bile söyler vede sizi kınardı...Her ne kadar Filimde olsa Gerçeklerle uyumlu olacak..İnsanların kafalarını bulandırmayacak..
Biliyorum bu yazıyı yazmakla belki eleştirileceğim ama samimiyetimle yazıyorumki Bir avukat olsaydım bu flimi dava konusu edebilirdim..Veya bir kültür bakanı olsaydım bu flime kesinlikle müsade etmez inciğine kadar incelerdim veya inceletirdim..Toplumların kültürel,gelenek görenek ananevilerini göz önünde bulunurdum..Bilemiyorum kültür bakanlılığının böyle bir denetim mekanizması varmıydı.. Eskilerden var olduğunu biliyorum..Tıpkı müzikler gibi bir TRT denetimi gibi yerden geçer veya geçmez olur veya olmaz şerhi vardı..O müzik yayınlanamazdı..Veya o flim yayınlanamazdı..
Böyle bir denetim mekanizmasının olmasına inanıyorum..Bakın o zaman her isteyen kalemi kağıdı eline alıp bir şeyler karalayıp bir kamera bulup flimini çekip aha sana bir karadeniz filimi kimse dememesi lazım..Kadın cinayetleriniz sonuçlarına baktığımda son 20 yıldır Flimlerin etkisinin % 100 sebeplerden bir tanesini olduğuna inananlardanım.Kadın programlarının ruh dünyalarımızdaki etkileri herkesin bir polat,,veya memati gibi maço erkeklerin varlığına sokaklarda şahit oluyoruz..kızlar mankenlere erkekler polat gibi versiyonlara özenince sonuçlar vahim boyutlara geliyor..
.... Son olarak inancım şudurki; Sadece RÜTÜK e şikayetlerle olmuyorDehal bir başka mekanizmanın kültür bakanlığının devreye girmesiyle bir otokontrolun olması gerek..Kültür bir devletin en önemli temel taşıdır..Yoksa Asimile olur başka toplumlara benzer o toplumların içine karışır ne kültürünüz kalır nede tarihiniz nede devletiniz..
Yzn:16 Ocak 2021
Hüseyin Acarakçay

30.7.20

İDEALLERİNİN PEŞİNDEN KOŞAN HESAPSIZ BİR NESİL..?


1950 ile 1970 yılları arasında bu dünyaya merhaba demiş en genci 50, en delikanlısı 70 yaşında HALA 18’LİK DELİ TAYLAR GİBİ.
İDEALLERİNİN PEŞİNDEN KOŞAN HESAPSIZ BİR NESİL..?